Rusiyalı milyonçuların böyük hissəsi Rusiyadan getmək istəyirlər.

“Kalinka Qrup” imkanlı şəxslərin Rusiyanı daha çox iqtisadi qeyri-stabillik və siyasi situasiya ilə əlaqədar tərk etdiklərini qeyd edib:
“2014-cü ildən indiyə qədər əmlakını satmaq istəyən varlı şəxslərin sayı 3 dəfə artıb. Təkcə 2018-ci ilin birinci rübündə daşınmaz əmlakın satılmasıyla bağlı şirkətlərə daxil olan müraciətlərin sayı 2013-cü ilin ümumi göstəricisi qədərdir”.
“Gazeta.ru” daşınmaz əmlak satışında artımın olmasına baxmayaraq, ölkədən kapital axınının hələlik müşahidə edilmədiyini yazıb. Təkcə 2018-ci ilin birinci rübündə kapital axını 13,4 milyard dollar olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3 milyard dollar azdır:
“Rusiya və MDB ölkələrinin ultra-zəngin (sərvəti 50 milyon dollardan çox olanlar – red.) insanlarının 58%-i ikili vətəndaşlığa sahibdir. Bu şəxslərin 45%-i isə daimi olaraq başqa ölkədə yaşamaq imkanlarını nəzərdən keçirir. Rusiyalılar daha çox Kipr, Malta, Britaniya və İsveçrə kimi ölkələrin vətəndaşlığını almağa çalışır”.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər