Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Karen geri çəkildi, Çarukyan isə... – İrəvanda şok gəlişim

03:41  |    29 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Bu gün ermənistan siyasətində baş verən gözlənilməz olaylar bir-birini əvəz edir.

Axar.az xəbər verir ki, müxalif lider Nikol Paşinyan İcevan və Vanadzorda olarkən Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyası 1 mayda parlamentdə keçiriləcək baş nazir seçkisinə namizəd irəli sürməyəcəyini bəyan edib.
Parlamentdə hakim partiyadan sonra ən çox deputatla təmsil olunan Çarukyanın fraksiyası da öz namizədinin olmayacağını, “xalqın namizədinə” səs veriləcəyini bəyan edib. Çiçəklənən Ermənistan Partiyasının sədri Qarik Çarukyan “xalqın namizədi Paşinyandırmı” sualına, “Nikol, Sasun, Ararat... – fərqi yoxdur, xalq kimi seçib təqdim edərsə, ona da səs verəcəyik” deyib.

Çarukyan həmçinin bildirib ki, bu, erməni gəncliyinin qələbəsidir: “Bu qələbəni erməni gəncliyi əldə etdi. Onlar hər şeyə getdilər və qələbəni qazandılar”.

Hakim partiya ilə qurduğu koalisiyadan ayrılan Daşnaksütyun fraksiyası da Çıxış Blokunun namizədi Nikol Paşinyanı dəstəkləməyə hazır olduğunu bildirib. Fraksiyanın nümayəndəsi Arsen Ambardsumyan bildirib ki, Respublika Partiyası doğru qərar verdi və baş nazirliyə namizəd təqdim etmədi.

N.Paşinyan isə bununla kifayətlənməyib. O, Respublika Partiyasının bütün heyətlə hakiimiyyətdən getməsini tələb edib və sabahdan İrəvanda başlaması nəzərdə tutulan aksiyanın təxirə salınmadığını, əksinə. daha yüksək əhvalla keçiriləcəyini bildirib.

Qeyd edək ki, bu günə qədər parlament çoxluğuna malik hakim Respublika Partiyasının K.Karapetyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə