Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Sarkisyan istefa şərtlərini AÇIQLADI: Qarabağ probleminin...

17:59  |    22 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanda artıq onuncu gündür Serj Sərkisyanın baş nazir olmasına qarşı etirazlar davam edir.

Etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan bir neçə gün əvvəl seçildiyi baş nazir postundan Sərkisyanın istefasını tələb edəndən sonra o, ilk dəfə hakimiyyətdən hansı şərtlə əl çəkə biləcəyini açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Serj Sərkisyan ötən gün aprelin 21-də bu barədə danışıb. Bildirib ki, onun baş nazir olması olduqca aydın vəziyyətdən qaynaqlanırdı.

“Mənim tərəfimdən baş nazir vəzifəsini tutmaq bir sadə səbəbdən irəli gəlib. Bu geosiyasi mürəkkəb regionda və çoxsaylı çağırışların meydana çıxdığı bir vaxtda ölkənin təhlükəsiz inkişafını təmin etmək və Qarabağ probleminin layiqli nizamlanmasına yönəlmiş səyləri davam etdirmək”-Serj Sərkisyanın “Luis” təhsil fondunun məzunlarının sorğusuna verdiyi cavabda belə deyilir.

Sərkisyana görə bu problemlər “həll olunandır” və ancaq Qarabağ probleminin “layiqli həllindən” sonra hakimiyyətin sükanını başqa adamlar götürə bilər.

Bu, Serj Sərkisyanın faktiki olaraq uzun müddət hakimiyyətdən əl çəkmək niyyətinin olmadığını göstərir. Çünki onun 10 illik hakimiyyəti dövründə Qarabağ probleminin həllində ancaq geriləmə baş verib və məhz Serj Sərkisyanın siyasəti nəticəsində bu məsələnin dinc yolla həlli çıxılmaz dalana dirənib. O zaman Serjikin məntiqinə əsasən Qarabağ problemi ilə istənilən qədər bu cür manipulyasiya etmək və hər dəfə küçələr onu istefaya çağıranda problemin hələ həll olunmadığını əsas gətirərək hakimiyyətdə qalmaq olar. Hansı ki, Serj Sərkisyanın da aid olduğu Qarabağ klanı Ermənistanda hakimiyyəti məhz bu münaqişə sayəsində ələ keçirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub
22.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub