Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6481

Digər sorğular

Ermənistandakı qiyam Qarabağa sıçradı - İrəvanı qorxuya salan Bakı FAKTORU

22:19  |    18 Aprel 2018  |   E-mail  |  Çapa göndər

İrəvanda Serj Sarkisyanın hakimiyyəti zəbt etməsinə - baş nazir seçilməsinə qarşı davam edən etiraz aksiyaları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də sıçrayıb.

Publika.az xəbər verir ki, Xankəndində bir qrup insan İrəvanda “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə aparılan etirazlara dəstək verib.

Xankəndi küçələrinə çıxan insanlar “Sarkisyan çıx get!” şüarlarını səsləndiriblər. Etirazların Qarabağa sıçraması İrəvanda ciddi narahatlıq yaradıb. Bu narahatlığın arxasında iki amil var:

Birincisi, İrəvan Azərbaycanın yaranmış situasiyadan yararlanaraq, Qarabağın azad edilməsi hərəkatına başlayacağından ehtiyat edir.

İkincisi, Qarabağdakı ermənilərin könüllü şəkildə Ermənistandan imtina etməsi qorxusu var.

Hər iki vəziyyət Azərbaycanın əlinə oynayır. Erməni ekspertlər hesab edirlər ki, Sarkisyan rejimi İrəvandakı aksiya ilə yanaşı, Qarabağdakı etirazları da susdurmaq üçün güc yoluna əl atacaq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.09.2019
ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırıldı - VİDEO
23.09.2019
“Atam yaxın vaxtlarda girovluqdan azad ediləcək” - Dilqəmin oğlu
23.09.2019
Azərbaycan əsgəri ermənilər tərəfindən vurulub
23.09.2019
Atəşkəs 22 dəfə pozulub
22.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub