Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Sərkisyanın evi mühasirəyə alındı: həbslər başladı - VİDEO

17:25  |    18 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Erməni deputat Nikol Paşinyanın təşəbbüsü ilə İrəvanda etiraz aksiyaları yenidən başlayıb.

Axar.az xəbər verir ki, saat 10:00-a nəzərdə tutulan aksiya 40 dəqiqə gecikmə ilə başlayıb.

Paşinyan və tərəfdarları Fransa meydanından yürüşə çıxıb. Yürüş iştirakçılarının hədəfi Baqramyan prospekti və Moskovyan küçələrini tutmaqla paytaxtın nəqliyyat sistemini iflic etməkdir.

Paşinyan yürüş boyu tələbələri dərslərini ataraq küçəyə çıxmağa səsləyib.

Hazırda yürüş iştirakçıları Baqramyan prospektinə doğru gedir.

***

Nikol Paşinyanın rəhbərliyi ilə erməni etirazçılar Baqramyan küçəsində Ermənistan Baş naziri Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıblar.

Paşinyan iqamətgahın blokadasının başladığını rəsmən elan edib. İqamətgahın qarşısında polis kordonu götürülüb və etirazçılara heç bir problem yaradılmayıb.

***

Paşinyan Serj Sərkisyanın iqamətgahının qarşısında çıxış edib:

“Bu gecə Sərkisyan əmr verib ki, tikanlı məftillər və polislər iqamətgah qarşısındakı küçədən yığışdırılsın. Mən dünən Respublika meydanında bəyan etdim ki, Sərkisyan Ermənistana tikanlı məftillər arxasından baxacaq. Biz gəldik ki, bu rəsmi bərpa edək. Serj Sərkisyan, sən dünyaya polis kordonu və tikanlı məftillər arxasından baxacaqsan. Serj Sərkisyana layiq rəsim bərpa edildi. Əgər bunu ortadan qaldırsanız, biz qayıdıb, yenə bərpa edəcəyik”.

***

Paşinyanın rəhbərliyi ilə etirazçılar İrəvan Dövlət Universitetinə daxil olublar. Onlar universitetdə olan tələbələri aksiyaya qoşulmağa səsləyiblər.

***

Polis İrəvanın mərkəzində etirazçılara qarşı hərəkətə keçib.

Artıq bir sıra aktivistlərin saxlanılmasına başlanılıb. Polis həmçinin Fransa meydanına etirazçıları buraxmaq niyyətində olmadığını deyib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi
21.09.2019
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
21.09.2019
S-400, yoxsa “Patriot”?
21.09.2019
ŞOK İDDİA: Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirə bilər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib