Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Dağlıq Qarabağdan İrəvana hərbi qüvvələr yeridilir - FOTO

20:39  |    17 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanda vəziyyət kritik həddə çatıb


Ermənistanda Serj Sarkisyanın baş nazir vəzifəsini tutmasına qarşı əhalinin kütləvi etirazları getdikcə geniş vüsət alır.

Erməni KİV-lərinin məlumatına görə, vəziyyəti daha da gərginləşdirən məqamlardan biri də İrəvan və onun ətrafında yerləşən polis və ordunun hazırkı hakimiyyətə tabe olmamaları, eləcə də etirazçılara qarşı güc tətbiq edilməsindən imtina etmələridir.

Xankəndində yerləşən mənbələrin yaydığı xəbərə görə, yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən Serj Sarkisyan hakimiyyəti cərəyan edən xalq etirazlarını yatırtmaq məqsədilə özünə loyallığı ilə seçilən və Dağlıq Qarabağda yerləşən hərbi qüvvələrin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Etirazçıların öz qərarlarında israrlı olması isə vəziyyəti daha da kəskinləşdirir. Belə olacağı təqdirdə, hakimiyyəti əldən vermək fikrində olmayan Sarkisyan və onun silahlı tərəfdarlarının etirazçılara qarşı ən ciddi tədbirlər görməsi, o cümlədən silah tətbiq etməsi istisna edilmir. Bu da 2008-ci ilin martın 1-də baş vermiş qanlı hadisələrin yenidən təkrarlanmasına gətirib çıxara bilər.

Ordu.az






Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Çində koronavirus qurbanlarının sayı 2663 nəfərə çatıb
25.02.2020
ABŞ Çin jurnalistlərini ölkədən çıxarır
24.02.2020
İranda koronavirusdan ölənlərin sayı artdı
24.02.2020
Ərdoğan sabah Azərbaycana gəlir
24.02.2020
Çindən yeni qərar — Artıq bunları yeməyəcəklər