Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

BMT-də PKK haqda QORXUNC HESABAT

21:56  |    17 Aprel 2018  |   E-mail  |  Çapa göndər

BMT Təhlükəsizlik Şurasında münaqişələrdə cinsəl zorakılıq hadisələrinin müzakirə edildiyi sessiyada çıxış edən Begeç, dəhşətli cinsi zorakılıq hadisələrinə diqqəti çəkib.

Begeç: "Terror təşkilatı PKK/PYD-YPG, BMT-nin hesabatlarında da yer aldığı kimi, işgəncə və cinsi zorakılığa əl atır" – deyib.

BMT Təhlükəsizlik Şurasında münaqişələrdə cinsəl zorakılıq hadisələrinin müzakirə edildiyi sessiyada çıxış edən Begeç, Suriyada, həm Əsəd rejimi, həm də İŞİD və PKK/PYD-YPG kimi terror təşkilatlarının törətdiyi, BMT hesabatlarına da daxil olan dəhşətli cinsi zorakılıq hadisələrinə diqqəti cəlb edib.

İŞKƏNCƏ VƏ CİNSİ ZORAKILIĞA Əl ATIRLAR

Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Güvən Begeç, “Terror təşkilatı PKK/PYD-YPG, BMT-nin hesabatlarında da yer aldığı kimi, işgəncə və cinsi zorakılığa əl atır” deyib. BMT Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının keçən ay dərc olunan hesabatının, terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı olan SDG-nin Raqqada saxladığı kişilərə zor tətbiq etdiyi, cinsi orqanlarını yandırdığı və ya yandırmaqla təhdid etdiyini ortaya qoyduğunu xatırladan Begeç, "Terror təşkilatı PKK/PYD-YPG, BMT-nin hesabatlarında da yer aldığı kimi, işgəncə və əzab və cinsi zorakılığa əl atır" deyə, söyləyib.

MYANMA ORDUSUNUN ARAKANLILARA QARŞI ZORAKILIQ HADİSƏLƏRİ

BMT--nin baş katibi Antonio Guterresin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi, münaqişələrdə cinsi zorakılıq hadisələrini ortaya qoyan hesabatına toxunan Begeç, Myanma ordusunun Arakanda Rohingya Müsəlmanlarına tətbiq etdiyi zorakılıq hadisələrinin də son dərəcə "narahat edici" olduğunu vurğulayıb. Begeç, beynəlxalq ictimaiyyətin Myanma hökumətindən Arakanlı qaçqınların təhlükəsiz bir şəkildə kəndlərinə qayıtmasını təmin etməsini, humanitar yardımların daxil olmasına icazə verməsini, cinsi zorakılıq, o cümlədən bütün zorakılıq hadisələrinə son verməsini və bu "çıxılmaz dairə"dən çıxılması gözlədiyini sözlərinə əlavə edib.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb