Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7139

Digər sorğular

Ərdoğandan dünya ölkələrinə gözlənilməz təklif - VİDEO

18:57  |    16 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə prezidenti: Kreditlər dollarla yox, qızılla verilsin

“Siz Türkiyəyə müəyyən məbləğdə borc verdiniz. Təşəkkür edirik. Hər ay faiz alırsınız, məbləğləri yoxlayırsınız. Amma sizin siyasətə qarışmağa ixtiyarınız yoxdur. Türkiyənin rəhbəri mənəm və mənim işimə qarışa bilməzsiniz. Biz sizin kreditinizi veririk”

Real TV xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Qlobal Sahibkarlıq Konqresində çıxışı zamanı bildirib.

Türkiyə rəhbəri Avropa ölkələri və ABŞ hökumətinə Türkiyənin müstəqil siyasət yürütdüyünü xatırladıb.

“Siz bizə dollarla kredit verirsiniz. Təklif edirəm ki, borcları qızıl ilə hesablasınlar. Çünki ABŞ istədiyi vaxt dolların qiymətinə təzyiq edə bilir. Lakin qızılın dəyəri beynəlxalq iqtisadi proseslərlə tənzimlənir”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə rəhbəri çıxışı zamanı Afrika ölkələrinin təbii sərvətlərini talayan imperiya dövlətlərinə də səslənib: “Bəzi imperiya dövlətləri Afrika ölkələrindəki qızılı, nefti və digər təbii sərvətləri taladılar. Əvəzində isə onların verdiyi nə oldu? Təbii ki, Afrika ölkələrinə aldıqlarının əvəzində heç nə vermədilər”.

Türkiyə prezidenti eyni zamanda Suriyanı bombalayan ABŞ və müttəfiqləri barədə də açıqlama verib: “Onlar Suriyaya girdilər, kimyəvi silahdan istifadə adı altında Suriyanı vurdular. Oradan Türkiyəyə 3 miloyndan çox qaçqın gəlib. Hansı böyük dövlət suriyalı qaçqınlara yardım edib? Suriyadan gələn uşaqların pərişan üzlərini görürəm, lakin digərləri görmür. Təkcə bir şeyi deyirlər: “kimyəvi silahdan istifadə edildiyi üçün vurduq”. Mən də deyirəm ki, niyə sadəcə kimyəvi silahı dəyərləndirirsiniz? Digər silahlardan niyə danışmırsız?”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.10.2020
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib
21.10.2020
Zelenski Qara dənizdə Ukraynaya məxsus iki yeni hərbi baza tikiləcəyini bildirib
21.10.2020
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
20.10.2020
Avropa ölkəsində qadınları da əsgər aparmağa başlayırlar
20.10.2020
ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib