Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Suriyaya hücumun detalları açıqlanıb

17:09  |    15 Aprel 2018  |   E-mail  |  Çapa göndər


ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya hərbi hücumunun detalları açıqlanıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, koalisiyanın birgə əməliyyatı ötən gün səhər saat 03:42-də başlayıb 05:10-da yekunlaşıb. Hücum zamanı 105 raket zərbəsi endirlib, əsas 3 hədəf vurulub. Zərbələr həm dənizdən, həm də havadan endirilib.

Pentaqon rəsmiləri vurulan hədələrin kimyəvi silah anbarları olduğunu açıqlayıb. Bildirilib ki, əməliyyat uğurla icra olunub, müəyyən edilən hədəflər zərərsizləşdirilib.

Suriyanın dövlət televiziyası hücumlar zamanı 3 mülki şəxsin yaralandığını elan etsə də, Rusiyanın Müdafiə Nazirliyi bunu təsdiqləməyib. Bildirilib ki, mülki və hərbçilər arasında xəsarət alan və ya ölüm halı qeydə alınmayıb.



Əməliyyatdan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Suriyanı yeni raket zərbələri ilə hədələyib. ABŞ rəsmisi bildirib ki, əgər növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınsa, prezident Donald Tramp Suriyaya yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazırdır:

“Əgər Suriya rejimi qərarlarımızı sınamaq istəyərsə, təzyiqlərə hazırıq. Prezident Trampla söhbət etdim. O bəyan etdi ki, Suriya rejimi kimyəvi silahları yenidən tətbiq edərsə, ABŞ da zərbələrə hazırdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İranda 18 nəfər koronavirusa yoluxub - Ölənlər var
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı