Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Putin Ərdoğanla Suriya məsələsində razılaşdı

15:50  |    15 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Prezidentlər Suriyaya raket zərbələrinin endirməsini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğana zəng vurub.

Real TV “Ren TV-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Verilnə məlumata görə, telefon danışığı Moskvanın təşəbbüsü ilə baş tutub. Danışıq zamanı iki ölkə lideri ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbələrinin endirməsini müzakirə ediblər.

Prezidentlər ABŞ və müttəfiqlərinin Suriyaya raket zərbələri endirməsi nəticəsində bu ölkədə gərginləşən vəziyyətdən danışıblar. V.Putin qeyd edib ki, Qərb ölkələrinin bu cür addımları BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.

“Rusiya və Suriya tərəfi son hadisələr fonunda Suriyada siyasi nizamlanma prosesinin real irəliləməsinə istiqamətləndirilmiş ikitərəfli qarşılıqlı əlaqələrin fəallaşdırılmasının vacibliyini qeyd ediblər” – deyə məlumatda bildirilir.

Türkiyə mətbuatı Ərdoğanın danışıqlarda gərginliyin azaldılmasının vacibliyini qeyd edib. Prezidentlər ikitərəfli və regional problemlər üzrə sıx təmasların davam etdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, ötən gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər. Əməliyyat 50 dəqiqə davam edib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib. Rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub. Rusiya və İran isə bu hücumu pisləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İranda 18 nəfər koronavirusa yoluxub - Ölənlər var
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı