Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Rusiya başını götürüb Suriyadan qaçdı - Niyə?

00:57  |    14 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Rusiya Suriyadakı Tartus limanından öz gəmilərini çıxarıb.


“Hürriyyət” xarici mətbuata istinadən xəbər verir ki, dünən yayılan bu xəbəri adı açıqlanmayan rusiyalı deputatlardan biri təsdiqləyib.
Millət vəkili “Reuters” agentliyinə açıqlamasında bu addımı təhlükəsizlik tədbiri kimi qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaharova isə Suriyada ABŞ və Rusiya arasındakı yüksək gərginliklərin yaşandığını etiraf edib. Xanim diplomat bu gərginliyin ortaya çıxmasında ABŞ və Fransanı günahlandırıb və həmin iki ölkə tərəfindən irəli sürülən təhdidlərinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozduğunu deyib.

Zaxarova, həmçinin, İsrailin Suriyaya hava hücumunun da bölgəni qeyri-stabil vəziyyətə gətirdiyini bildirib.

Xatırladaq ki, Rusiya ilə ABŞ arasında son günlər yaşanan gərginlik Ağ evin Suriyanı Şərqi Gutaya kimyəvi bomba atmaqla suçlamasından və bölgəyə hərbi müdaxilə edəcəyini bildirməsindən qaynaqlanır. Rusiya bu iddianı rədd edərək, ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə laqeyd qalmayacağını bildirsə də, üzərindən bir gün keçməmiş Suriyaya gözlənilən hərbi müdaxilə İsraildən gəldi. Livan hava sahəsinə keçən 2 İsrail təyyarəsi buradan Suriyanın mərkəzinə 8 raket atdı. Raketlərdən 5-nin zərəsizləşdirildiyi, ikisinin isə öz hədəfinə dəydiyi bildirilir. Bundan sonra İngiltərə və Fransa da Suriyaya gözlənilən hərbi müdaxilədə yer alacaqlarını açıqladılar.

Getdikcə gərginləşən bu münasibətləri ABŞ prezidenti Donald Trampın Rusiyanı açıq şəkildə hədələyən tvitter paylaşımı daha da mürəkkəb hala gətirdi. Həmin statusda deyilirdi: “Hazır ol Rusiya, gözəl, yeni və "ağıllı” raketlərimiz gəlir”.
Trampın bu açıq təhdidkar mövqeyinə Putinin cavabı xeyli yumşaq olmuş, Rusiya prezidenti dünya dövlətlərini sağlam ağılla hərəkət etməyə çağırmışdı. Putinin bu cavabından sonra ABŞ prezidenti paylaşdığı növbəti statusunda daha mülayim mövqedən çıxış etmiş və öz həmkarına sülh mesajı göndərmişdi:

“Rusya ilə münasibətlərimiz Soyuq müharibə də daxil olmaqla, hər zamankından daha pisdir. Bunun üçün bir səbəb yoxdur. Rusiya iqtisadiyyatları bizə yardımçı olmalıdır və bunu etmək çox asandır. Birlikdə işləmək üçün bütün millətlərə ehtiyacımız var. Silahlanma yarışını dayandıraq, bəlkə?”
Bu qarşılıqlı və sülhpərvər notlarla bitən “deyişmə”dən sonra Rusiyanın öz gəmilərini Tartus limanından çıxarması ağıllara “Moskva Bəşər Əsədi satdımı” suallarını gətirir.

Qeyd edək ki, Tartus limanı isti sulara açılmaq istəyən Rusiyanın Aralıq dənizindəki yeganə hərbi bazasıdır. Moskva bu bazanı sadəcə gəmilərin təmiri üçün nəzərdə tutulan tərsanə adlandırsa da, hər halda Dəməşqlə bağladığı uzun müddətli sazişlərə əsasən, Tartus üçün milyardlarla dollar kirayə haqqı ödəmişdir. İndi rus gəmilərinin bu limanı tərk etməsini Moskvanın dünya dövləti olma iddialarından geri çəkilməsi kimi qiymətləndirmək olar.

Məsələ burasındadır ki, dünyanın ən böyük ərazisinə sahib olan Rusiya dünya dövlətinə çevrilə bilməsi üçün okeanlarda öz hərbi qüvvəsini saxlamalıdır. Ölkənin okeanlara açılan 3 qapısından biri və ən əhəmiyyətlisi isə Aralıq dənizidir. Çünki digər iki qapı – Qərbdə Baltik, Barens, şərqdə Oxot, Berinq dənizləri dünya dəniz ticarətindən uzaq və inkişaf etmiş Qərb dövlətlərinin əhatəsində yerləşir. Xüsusilə Şərq dəniz qapısı Rusiya sənaye mərkəzlərindən xeyli aralı olduğundan iqtisadi cəhətdən də səmərəli deyil. Geridə yalnız Qara dəniz vasitəsilə Aralığa çıxmaq alternativi qalır ki, bu xətt Pyotrun dövründən indiyədək Rusiya imperializminin əldə etməyə çalışdığı, amma bacara bilmədiyi ən böyük hədəfdir. Yalnız SSRİ dövründə Suriya ilə yaranan yaxın münasibətlərdən istifadə edən Rusiya Tartus limanını öz Qara dəniz hərbi donanmasının uğraq nöqtəsinə çevirmişdi. Digər dövlətlərin dəniz limanlarıyla müqayisədə xeyli zəif olan bu hərbi bazada, məlumata görə, cəmi 50 mütəxəssis fəaliyyət göstərir.

Rusiyanın hərbi dəniz donanması da güclü deyil. Sözsüz ki, bu qədər zəif güclə dünyanın ən aparıcı dövlətlərinin qarşısına çıxmaq Moskvanı gülünc vəziyyətə sala və bununla da onun hərbi imici ciddi zərər görə bilər. Bəşər Əsəd üçün “qara günə” saxlanılan strateji silahlardan istifadə etmək isə Rusiya baxımından ağılsızlıq olardı. Üstəlik, Qərb ölkələrinin ağır sanksiyaları ilə qarşı-qarşıya qalan Putin hakimiyyətinin ABŞ, İngiltərə, Fransa, İsrail, Səudiyyə Ərəbistanının yer aldığı hərbi qüdrətə qarşı döyüşmək üçün iqtisadi imkanları da tükənib.
Digər tərəfdən, Rusiyanın ən çox güvəndiyi S-400-lərinin bir neçə gün əvvəl İsrail təyyarələrinin hücumları qarşısında aciz vəziyyətə düşməsi, atılan 8 raketdən 5-ni zərərsizləşdirməsi də bir başqa həqiqəti ortaya qoydu: S-400-lər təyyarələrdən atılan orta mənzilli raketləri zərərsizləşdirmək imkanında deyil. Zənnimizcə, test yoxlanışı olan bu hücumdan sonra ABŞ və müttəfiqləri Suriyaya gözlənilən müdaxilələrini təyyarə atışları ilə reallaşdıracaqlar. Təsadüfi deyil ki, İngiltərə öz 240 km mənzilli raket atən təyyarələrini məhz bu məqsədlə Kipr adasına göndərib. Yəqin ki, digər müttəfiqlər də eyni yolu tutacaqlar. Rusiya isə bu zərbələrə qarşı effektli önləyici tədbirlər görə bilməyəcəyindən daha çox rəzil duruma düşə bilər. Neçə ki, ötən il Suriyanı vuran ABŞ raketlərini də zərərsizləşdirə bilməyən Rusiya ordusu bu cür vəziyyətlə qarşılaşmışdı. Görünür, daha çox etibarını itirmək istəməyən Rusiya ən yaxşı yolu öz hərbi gəmilərini Tartusdan çıxarmaqda, başqa ifadə ilə desək, ABŞ-ın qarşısından qaçmaqda görüb.

“Hürriyyət”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi
21.09.2019
İran XİN: ABŞ sanksiya siyasətinin uğursuz olduğunu qəbul etməlidir
21.09.2019
S-400, yoxsa “Patriot”?
21.09.2019
ŞOK İDDİA: Tramp 7,5 saniyəyə dünyanın sonunu gətirə bilər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib