Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6878

Digər sorğular

Yerevanda tələbələr Serj Sarqsyanın baş nazir olmasına qarşı aksiya keçirirlər

19:59  |    13 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə aksiya iştirakçılarında biri məlumat verib.

Qeyd edək ki, aprelin 13-də yerli vaxtla saat 18:30-da Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçiriləcək. İki gün əvvəl Ermənistan parlamentinin deputatı ölkə əhalisinə müracətində deyib: “11 gün əvvəl “Çıxış” fraksiyasının başçısı Nikol Paşinyan “Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 km uzunluğunda, 300 min addımlıq yolu qət edərək Respublika meydanınadək gələcəklər. Aprelin 13-də saat 18:30-da gecə-gündüz mitinqi başlayacaq. Mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün kifayət qədər adam toplamaq və deputatların Serj Sarqsyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarqsyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, onda parlament buraxılaraq yeni seçkilər təyin olunacaq”. O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün “Azadlıq” meydanında keçiriləcək mitinqə qatılmağa çağırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2020
Trampın “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu
25.05.2020
Dünyada koronavirusa yoluxanların sayı daha da artıb - STATİSTİKA
24.05.2020
Moskvada küçənin ortasında iki qruplaşma arasında atışma olub - VİDEO
24.05.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 340 nəfərə çatdı
24.05.2020
ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video