Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Skripallar niyə ölmədi? - DƏHŞƏTLİ ZƏHƏRİ YARADAN İZAH EDİR

18:54  |    13 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada işlənib hazırlanan “Noviçok” adlı kimyəvi silah tətbiq olunmaqla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın ölümdən dönməsi bu zəhərin daha bir xüsusiyyətini ortaya çıxarıb.

Vaxtilə “Noviçok”u işləyib hazırlayanlardan biri, tanınmış sovet kimyaçı alimi Vil Mirzəcanov “Kommersant FM” radiosuna müsahibəsində deyib ki, casusu və qızını ölümdən dumanlı hava xilas edib.

Belə ki, onların zəhərləndiyi gün Solsberidə hava dumanlı və çiskinli olub. Zəhər isə suya həssasdır-su ilə təmasda olanda öz xüsusiyyətlərini qismən itirir. Alimin bildirdiyinə görə zəhəri Skripalların baş çəkdikləri restoranın giriş qapısının dəstəyinə sürtüblər və hava çiskinli olduğundan maddə su ilə təmasda olub.

“Nəticədə onlar doza alıblar, amma bu doza ölümcül olmayıb, çünki hesablanmış konsentrasiya su ilə təmasa görə aşağı düşüb”-ABŞ-da mühacirətdə olan kimyaçı deyib.



Mirzəcanov deyib ki, təmiz zəhər ancaq xüsusi laboratoriyada, yüksək ixtisaslı mütəxəssislərlə əldə edilə bilər. Diletant “Noviçok” kimi mürəkkəb zəhəri hazırlaya bilməz.

Xatırladaq ki, Yuliya Skripal xəstəxanadan buraxılıb və hərbi bazanın ərazisində qorunur. Atası isə komadan ayılıb, vəziyyətinin yaxşılaşdığı bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İranda 18 nəfər koronavirusa yoluxub - Ölənlər var
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı