Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Yeni “QATİLLƏR”: Heç bir ölkə gözlənilməz hücumun qarşısında dayana bilməyəcək

18:34  |    13 Aprel 2018  |   E-mail  |  Çapa göndər


ABŞ, Böyük Britaniya, İsrail, Çin, Rusiya və Cənubi Koreya aktiv şəkildə avtonom silahların istehsalı ilə məşğuldurlar.

Bu tipli silahların istehsalı qərarların qəbulunda insan faktorunu kobud dildə desək, kənara tullayır. Nəticədə bütün qərarlar avtonom şəkildə fəaliyyət göstərən silahlar tərəfindən qəbul edilir.

Modern.az xarici hərbi nəşrlərə istinadən bildirir ki, ekspertlərin rəyinə görə heç bir ölkə bu cür silahların gözlənilməz kütləvi hücumu qarşısında dayana bilməyəcək. Çünki bu tipli silahlar insanlardan daha tez hədəfi müəyyən etmək və məhv etmək bacarığına malikdir.

Həmçinin bu silahların fəaliyyətinə insanlarda güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar maneə ola bilmir.

Yəni bu silahlar “ölüm qorxusundan” məhrumdur. Bununla da silah tamamilə hədəfi müəyyən və məhv etməyə köklənə bilir.

Belə üstünlüklər nəinki qeyd etdiyimiz ölkələr, eyni zamanda digər dövlətləri də bu tipli silahların inkişafı ilə məşğul olmağa tamahlandırır.

Elə qeyd etdiyimiz bütün bu əsas faktorlar dünya ölkələrindəki aktivistləri bu sahəyə ciddi şəkildə maraq göstərməyə sövq edib. Aktivistlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparırlar. Lakin hazırda bu sahədə ciddi dəyişikliklər müşahidə olunmadığı üçün narahatdırlar. Onların əsas narahatlığı bu mövzunun BMT-də çox ləng müzakirələrlə müşayiət olunmasıdır.

Aktivistlərdən birinin sözlərinə görə iki bu tipli silah kompleksinin bir-birinə qarşı mübarizəsi həmin ərazinin qısa müddət ərzində tamamilə dağıdılmasına gətirib çıxara bilər.

Şeffild Universitetinin professoru Noel Şarkinin rəyinə görə bu cür ssenari 5 il bundan əvvəl fantastik görünsə də günümüzdə tamamilə realdır.

Bu mövzu Cenevrədə keçirilən konfransda 80-dən çox ölkədən olan elm adamları və aktivistlərin müzakirə mövzusu olub. Aktivistlər gələn il üçün BMT çərçivəsində bu tipli silahların istehsalı və inkişafı ilə məşğul olan ölkələrlə birbaşa görüşlərin keçirilməsində təkid edirlər.

Bununla da onlar 2019-cu ildə “qatil robotlar”ın qadağan edilməsi üçün ilkin razılaşma əldə olunmasına ümid edirlər. Burada qeyd etmək lazımdır ki, aktivistlər avtonom sistemlərin tamamilə ləğvinin tərəfdarı deyillər. Onlar, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti ilə tamamilə razıdırlar. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqini alqışlayırlar.

Qeyd edək ki, hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.

Aktivistlər avtonom sistemlərin insanın iştirakı olmadan hədəfin müəyyən və məhv edilməsi kimi tədbiq edilməsinə etiraz edirlər.

Ekspertlərin fikrincə, eyni zamanda avtonom şəkildə fəaliyyət göstərən müdafiə sistemləri də bu müzakirələrin əsas mövzularından biri olacaq. Qeyd edək ki, avtonom müdafiə kompleksləri dünyada çox geniş şəkildə tətbiq edilir və bu komplekslər də insan faktoru olmadan hədəfin müəyyən və məhv edilməsi haqda qərar qəbul edir.

Aktivistlər bu sahədə də müəyyən normaların olacağına ümid edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb