Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Məscid dağıdan Ermənistana İslam ölkəsindən... təbrik məktubu

15:54  |    13 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyindən müsəlman həmrəyliyinə xələl gətirən addım; politoloq: “Lobbi öz işini görür...”

Ötən il kütləvi saxtalaşdırma yolu ilə Ermənistan parlamentində çoxluq əldə edən hakim Respublikaçılar Partiyasının “seçdiyi” yeni prezident Armen Sərkisyanı təbrik edənlər arasında İslam ölkələrinin təmsilçiləri də var. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın prezidenti vəzifəsinə başlaması münasibətilə Armen Sərkisyana Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ali rəhbərliyindən də təbrik ünvanlanıb.

Bu barədə Moderator.az “KarabakhTV”yə istinadla xəbər yayıb. Məlumata görə, BƏƏ prezidenti Xəlifə ibn Zayd Əl Nahayyan, Dubay əmiri, baş nazir və vitse-prezident Məhəmməd ibn Rəşid əl-Maktum, BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Məhəmməd bin Zeyd Əl Nahyan və başqaları erməni prezidenti təbrik edən müsəlmanlar (!) sırasındadır.

Hər halda təəssüf doğuran faktdır. Söhbət bir müsəlman ölkənin - Azərbaycanın ərazilərini on illərdir işğal altında saxlayan, məscidlərini dağıdan, qəbiristanlıqlarını təhqirlərə məruz qoyan ölkənin prezidentindən gedir. Özü də yeni prezident də bəyan edib ki, Qarabağla bağlı siyasət dəyişilməz olaraq qalacaq. Belə olan halda ərəb ölkəsinin rəhbərliyinin davranışları anlaşılan deyil. Xatırladaq ki, Azərbaycan 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına üzv olub. Bu dövrdə təşkilat dəfələrlə Ermənistanın işğalını pisləyən bəyanat qəbul edib, Xocalı soyqırımını tanıyıb. BƏƏ isə qurumun üzvü olaraq bütün bunları unudaraq, İrəvanla təmaslara can atır.

Azərbaycan prezidenti İlham Əliyev keçən il “məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”, - deyə İslam ölkələrinə müraciət etmiş, onları işğalçı ölkəyə yatırım qoymamağa çağırmışdı. Düzdür, bəzi İslam ölkələri hələ də Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir. Ancaq ortada mənfi nümunələr də var - BƏƏ kimi. Hansı ki, keçən il, elə aprel ayında Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Dubayda Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında bir sıra mühüm məsələləri müzakirə etmişdilər, razılaşmalara imza atmışdılar.

Bundan əvvəl ayrı-ayrı ölkələrin də işğalçıya qucaq açması faktları geniş əks-səda doğurub. Məsələn, ötən illərdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud Ermənistanın müstəqilliyinin 24-cü ildönümü münasibətilə bu ölkənin keçmiş prezidenti Serj Sərkisyana təbrik göndərmişdi. Vəliəhd Məhəmməd ibn Naif ibn Əbdül-Əziz də erməni prezidentə təbriklərini çatdırmışdı. Halbuki Səudiyyə Ərəbistanı nümayəndələri dəfələrlə Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımadığını bəyan ediblər. Dəfələrlə də bildirilib ki, zəbt olunmuş torpaqlar azad edilməyənə qədər ermənilərlə əlaqələr bərpa olunmayacaq. İranın bir sıra addımları da etirazlara səbəb olub. İndi də BƏƏ “nümunəsi”.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, ərəb şeyxlərinin Ermənistanla əlaqələr qurmasında əsasən biznes maraqları və erməni lobbisi mühüm rol oynayıb: “Məlumdur ki, Birləşmiş Ərəb Əmirliyinin prezidenti Xəlifə Əl Hahayyan Sərkisyanı təbrik edib. Yəni bunu bir protokol qaydasına riayət kimi də başa düşmək olar. Digər tərəfdən, BƏƏ Ermənistana sərmayə yatırmaqla bağlı əvvəllər də İrəvana şeyxlərin səfərlərini təşkil edib. Ərəb şeyxlərinin əsas tərəf müqabili erməni biznesmeni, Ermənistanda nüfuz sahibi olan Sarukyandır. Hansı ki, ”Sarukyan"bloku adı altında seçkilərdə iştirak edirdi və şeyxlər də əsasən onun qonaqları olurlar. Ərəb şeyxləri öz səfərlərini həmişə bir dost səfəri kimi xarakterizə edirdilər. Yəni lobbi öz işini görür".

Ekspert qeyd etdi ki, bu proseslər əvvəllər İranla da baş verib: “Bu gün, demək olar ki, İranla həmin münasibətlər aradan qaldırılıb. Eyni zamanda qeyd etmək lazımdır ki, heç də bütün ərəb ölkələri işğalçı ölkə ilə bu şəkildə əlaqələr qurmur. Məlumdur ki, məhz Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur və bu dövlət dəfələrlə ermənilərin işğalçılıq siyasəti yürütdüyünü bəyan edib. Təbii ki, İslam Konfransı dövlətləri Azərbaycana dəstək olmalıdır və bu istiqamətdə Azərbaycan hakimiyyəti mühüm işlər görüb. Deməli, aparılan təbliğat və təşviqat işləri yetərli deyil. Eyni zamanda diplomatik missiyamız daha səmərəli fəaliyyət göstərməli və həqiqəti catdırmalıdır”.

Bəs Ermənistan ərəb şeyxlərini nəyi ilə cəlb edir ki, İslam həmrəyliyinə xələl gətirirlər?

A.Nağıyev: “Burada söhbət dini həmrəylikdən getmir, əsas məsələ vəsait əldə etməkdir. Burada erməniləri əsasən kənd təsərrüfatı, turizm, sənaye, bir də birbaşa aviareyslər maraqlandırır. Bundan başqa, Suriyadan qaçan ermənilər üçün Yeni Hələb deyilən bir kvartalın yaradılması üçün tikinti işlərinə sərmayə qoymaq da maraqlandırır. Lakin bunların hamısı hələ ki, danışıqlardan o yana keçmir. Ermənilərin bu məsələləri belə böyütməsinin bir səbəbi də elə Azərbaycanla bu dövlətlərin münasibətinin pozulması istəyidir”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO