Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb

15:10  |    12 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Suriyadakı rejimin başçısı Bəşər Əsədə sadiq hərbi qüvvələr Şərqi Gutanı tam nəzarətə götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Düşmən tərəflərin barışı üzrə mərkəzin rəisi general-mayor Yuri Yevteşenko bildirib.

Onun sözlərinə görə, Suriyanın dövlət bayrağı Duma şəhərinin dövlət binaları, bütövlükdə Şərqi Gutanın üzərində qaldırılıb.

Qeyd edək ki, Şərqi Gutaya son illərdə müxalif “Ceyşü-İslam” qruplaşması nəzarət edirdi. Bu il fevralın sonundan Dumanı 41 mindən çox, Şərqi Gutanı isə 165 mindən çox sakin tərk edib. 250 nəfər girovluqda azad edilib.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İranda 18 nəfər koronavirusa yoluxub - Ölənlər var
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı