Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6478

Digər sorğular

Serj Sarkisyan Ermənistanın baş nazir postuna yeganə namizəd oldu

14:19  |    12 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Serj Sarkisyan Ermənistanın baş naziri postuna namizəddir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hakim Respublikaçılar Partiyasının İcra komitəsinin iclasından sonra qurumun mətbuat katibi Eduard Şarmazanov məlumat verib.

O bildirib ki, Serj Sarkisyanın prezidentliyi dövründə nöqsanlar və çatışmazlıqlar da olub, lakin hazırki Ermənistan 2008-ci ildəki Ermənistandan çox fərqlənir: "Həm demokratiya çox fərqlənir, həm də insan hüquqları, təşəbbüskar xarici siyasət, Qarabağ məsələsi".

Eduard Şarmazanovun sözlərinə görə, iclasda həmçinin Karen Karapetyan hökumətin fəaliyyəti müzakirə olunub.

"Konstitusiyaya görə, hakim siyasi partiya baş nazir postuna namizəd təqdim etməlidir. Bu gün nəhayət İcra orqanı gələcək baş nazirlə bağlı müzakirələr apardı. Deyə bilərəm ki, müzakirələr birlik şəraitində keçib. Şənbə günü İcra orqanı baş nazir postuna namizədi təqdim edəcək", - Şarmazanov bildirib. O əlavə edib ki, artıq aydındır, bu, kim olacaq: "Çünki digər adları olmayıb, digər rəy olmayıb”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi