Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Zərbə ərəfəsi: Rus gəmiləri Tartusdan yoxa çıxdı

13:28  |    12 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Rusiya Suriyadakı hərbi gəmilərini Tartus limanından çıxarıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Image Satellite Internacional” şirkəti yayıb. Peykdən çəkilən görüntüləri paylaşan şirkət hazırda Tartus limanında yalnız bir ədəd sualtı qayığın olduğunu bildirib. Bu gəmilər ABŞ-ın mümkün zərbələrinə qarşı Aralıq dənizinin müxtəlif hissələrində yerləşdirilib.

Şirkət Rusiyanın hazırda Aralıq dənizində 7-yə yaxın hərbi gəmisinin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı kimyəvi hücuma 48 saat ərzində cavab verəcəyini bildirib. Onun verdiyi müddət bu gün axşam baş çatacaq. ABŞ artıq özünün “Donald Kuk” və “Porter-7” gəmilərini Aralıq dənizinə göndərib. Bu gəmilər Rusiyanın Tartus şəhərində yerləşən hərbi bazasının 100 kilometrliyində qərarlaşıb.

ABŞ həmçinin Aralıq dənizinə “Harri S.Truman” təyyarədaşıyan gəmisininin rəhbərliyi altında zərbə qrupunu göndərib. Gəmi qrupunda minimum 6,5 min hərbçinin olduğu bildirilib. Bu gəmilərin Suriyada 22 hədəfə zərbə endirəcəyi iddia olunur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İranda 18 nəfər koronavirusa yoluxub - Ölənlər var
21.02.2020
Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO
21.02.2020
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21.02.2020
Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
21.02.2020
Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı