Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Bütün Avropaya Suriya ilə bağlı 72 saat xəbərdarlığı

16:03  |    11 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Bu qərar ABŞ-ın Suriyada hərbi əməliyyatlar planlaşdırması xəbərindən sonra verilib

Avropa Hava Nəqliyyatı Təhlükəsizliyi Təşkilatı bütün Avropa ölkələrinə Suriya hava məkanında uçuş həyata keçirməməklə bağlı xəbərdarlıq edib.

Real TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, təşkilat mülki aviasiyaya 72 saat ərzində Suriyaya mümkün hücum ehtimalı olduğu üçün uçuşları dayandırmaqla bağlı xəbərdarlıq edib.

Bildirilib ki, Aralıq dənizi üzərində sərnişin təyyarələrinin uçuşlarını həyata keçirtmək çox təhlükəlidir. ABŞ-ın Suriyada hərbi əməliyyatlar planlaşdırması ilə əlaqədar belə bir xəbərdarlıq yayıldığı bildirilib.

Qeyd edək ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

Dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur. Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia
14.10.2019
Türkiyə MN: Suriyada məhv edilən terrorçuların sayı 550-yə çatıb
14.10.2019
Suriya əməliyyatının 5-ci günü - Türkiyəyə böyük dəstək
13.10.2019
Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verib