Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

ABŞ hücum gəmilərini Suriya sahillərinə göndərib

13:12  |    11 Aprel 2018  |   E-mail  |  Çapa göndər


ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Harri Trumen” aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arli Berk”, “Balkerey”, “Forest Şterman” və “Farraqut raket esminesləri var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esmineslərinin də onlara qoşulacağı bildirilib. Adı çəkilən gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur.

Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” freqatının da regiona yollanacağı bildirilir.


Pentaqon məlumatı təsdiqləyərək, yerdəyişmənin planlı olduğunu vurğulayıb: “Dislokasiya yerinin dəyişməsi qüvvələrin müntəzəm rotasiyasının bir hissəsidir”.



Bundan əvvəl ABŞ-a məxsus “USS Donald Cook” və “USS Porter” gəmilərinin Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtəsində “Tomaqavk” tipli onlarla qanadlı raketlərin yerləşdirildiyi vurğulanır.

Moskva Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, Suriya hökumət qüvvələrinə zərbələrin endirilməsi “ən ağır fəsadlar”la nəticələnəcək.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərb ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu bəyan ediblər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili