Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

ABŞ-ın NATO ilə hücumuna saatlar qaldı: Rusiya nə edəcək?

02:52  |    11 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Suriyaya qarşı hərbi əməliyyatlarda ABŞ tək deyil, Böyük Britaniya və Fransa ilə birlikdə iştirak edir.

Bu ölkələr NATO ölkəsi olduğundan Rusiyanın təkbaşına NATO-ya qarşı hərbi əməliyyatlara başlayacağı inandırıcı görünmür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bölgədə çox dramatik bir vəziyyət yaranıb:

“Bu vəziyyətin yaranmasında Suriya Prezidenti Bəşər Əsədin rolu kifayət qədər böyükdür. Artıq ən minimal hesablamalara görə, Bəşər Əsəd öz ölkəsində kimyəvi silahdan 4-cü dəfə istifadə edib. ABŞ tərəfi bir dəfə xəbərdarlıq etmişdi ki, yeni kimyəvi silahın tətbiqinə dözməyəcək və Bəşər Əsədi ciddi surətdə cəzalandıracaq. Bu proses də artıq bu gün BMT-də müzakirə edilir. ABŞ artıq öz qərarını verib və Suriya sahillərinə qanadlı raketlərlə silahlanmış esmineslər göndərib. Onlardan biri artıq Suriya sahillərinə çatıb, digəri isə yaxınlaşmaqdadır. ABŞ Bəşər Əsədin həm hərbi hava qüvvələri bazalarını, həm də sıravi qoşunların yerləşdiyi bazalarının hamısını raketlərlə vurmaq niyyətindədir. Bəzi məlumatlara görə, artıq təxminən zərbə endiriləcək 22 məntəqə müəyyənləşdirilib. Bu gün axşama doğru, gecənin qaranlıqlarında həmin nöqtələrə atəşlər endiriləcək”.

Politloq qeyd edib ki, ola bilsin ki, bu prosesdə Suriyada rejim dəyişikliyi də baş versin:

“Rusiya ABŞ-ın bu hərəkətlərinə qarşı çıxış edir və bildirir ki, bütün bunlar yeni dünya müharibəsinə gətirib çıxara bilər. Çünki ABŞ-ın BMT-dəki nümayəndəsi bildirmişdi ki, hətta ola bilsin, Suriyadakı Rusiya-Hmeymim və Tartus hərbi bazaları da vurulsun. Əgər bu baş verərsə, Rusiya mütləq cavab tədbirləri görəcək. Bu isə rus politoloq Duqinin dediyi kimi, Üçüncü Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Amma bütün bunlara baxmayaraq, ABŞ dediyindən əl çəkmək niyyətində deyil. Suriyanı mütləq cəzalandıracaq və günün sonlarına doğru bu hadisə mütləq baş verəcək”.

Politoloqun sözlərinə görə, ABŞ-ın planları içərisində Bəşər Əsədin saraylarının vurulması da var:

“Ola bilsin ki, hələ Bəşər Əsədi neytrallaşdırmaq mümkün olmasın, amma hər halda, ona göz dağı vermək niyyətləri var və bunu mütləq edəcəklər. Rusiyanın isə cavab tədbirlərinə əl atacağına o qədər də inanmıram”.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Suriya ilə bağlı 24-48 saat ərzində böyük bir qərar verəcəyini açıqlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili