Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Trampın gizli yazışmaları ələ keçdi

16:06  |    10 Aprel 2018  |   E-mail  |  Çapa göndər


ABŞ prezidentinin vəkilinin ofisində axtarış aparılıb

ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koenin ofisində axtarış aparıb.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, FTB əməkdaşları bəzi sənədləri özləri ilə götürüblər. Axtarış xüsusi prokuror Robert Müllerin qərarı əsasında aparılıb.

Bunu Koenin maraqlarını müdafiə edən hüquqşünas Stiven Rayan deyib və qəti narazılığını bildirib: “ABŞ prokurorluğunun axtarış orderi verməsi qərarı tam yersizdir, bu müştərilərlə vəkillər arasında konfidensial yazışmaların yer aldığı materialların müsadirə olunması ilə nəticələndi”.

Rayanın sözlərinə görə, FTB Koenin müştərilərlə apardığı gizli yazışmaları götürüb. Onların arasında vəkilin prezident Trampla yazışmaları da olub.

Koen uzun müddətdir ki, Trampın şəxsi vəkili kimi çalışır. Son zamanlar pornoaktrisa Stormi Denielsə 130 min dollar ödəniş etməsi ilə gündəmə gəlib. Aktrisa iddia edir ki, Tramp bu məbləği onunla keçmişdə cinsi əlaqədə olduğu faktını örtbasdır etmək məqsədilə verib.

Bu arada “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi” ilə bağlı istintaqa başcılıq edən xüsusi dövlət ittihamçısı Robert Müller Ağ Ev rəhbəri Donald Trampla şəxsi görüşündə toxunulacaq mövzuların müəyyən edildiyini bəyan edib.

Görüşdə keçmiş FTB rəhbəri Ceyms Komi və milli təhlükəsizlik üzrə müşavir Maykl Flinin qovulması, həmçinin Trampın oğlunun rusiyalı vəkil Nataliya Veselnitskaya ilə 2016-cı ilin iyun ayında keçirdiyi görüş haqqında müzakirələr aparılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili