Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Sarkisyana cinayət işi açıla bilər - MTX və baş prokurora müraciət edildi

20:38  |    09 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts Serj Sarkisyan barəsində cinayət işinin açılması ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin başçısına və Baş prokurora müraciət edib.

AzVision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkədəki səhifəsində bəyanat yayıb. O, qeyd edib ki, Sarkisyan 2005-2018-ci illərdə prezident vəzifəsində işlədiyi müddətdə konstitusiyanın verdiyi səlahiyyətlərdən sui-istifadə edib, cinayətkar siyasətini konstitusiya normalarını daima kobudcasına pozaraq həyata keçirib.

“Bu siyasət nəticəsində, 2008-ci il martın 1-də qətlə yetirilən 10 nəfər barəsində istintaq aparılmayıb və dinc nümayişçilərə qarşı qanunsuz güc tətbiq edən şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. 10 il ərzində Ermənistanın xarici borcu 1.5 milyard dollardan 7 milyard dollara qədər artıb. Rəsmi məlumatlara görə, ən azı 350 000 vətəndaş ölkədən biryolluq mühacirət edib, Ermənistanda demoqrafik vəziyyət pisləşib”.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, 2008 və 2012-ci illərdə keçirilən prezident seçkiləri, 2012 və 2017-ci illərdə keçirilən parlament seçkiləri saxta olub: “Bundan başqa, Ermənistan vətəndaşları siyasi baxışlarına görə qanunsuz cinayət təqibinə məruz qalıb. Düşünürəm ki, Serj Sarkisyanın atmosferin boğucu olması ilə bağlı şəxsi etirafını, Ermənistan Respublikasının vətəndaşları barəsində qanunsuz açılan cinayət işləri nəzərə alınmaqla, qanun qarşısında vətəndaşların eyni məsuliyyət prinsipindən çıxış edərək tələb edirəm ki, Ermənistan vətəndaşı Serj Sarkisyan cinayət məsuliyyətinə cəlb edilsin. Mənim, uşaqlarımın və ailəmin sağlam ətraf mühitdə yaşamaq haqqında konstitusiya hüququ bərpa edilsin”-deyə, Sakunts bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Pəncə-3”-də yeni mərhələ – Komandos əməliyyata başladı
18.09.2019
Bu iki dövlət Rusiyaya birləşməlidir - Jirinovski
18.09.2019
Putin silah ticarətindən milyardlar qazanır
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili