Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

İlham Əliyevdən vəzifə təklifi gəlsə...

13:12  |    09 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Prezidentliyə iddialılardan maraqlı açıqlamalar; sabah "sükut günü"dür

Rusiyada martın 18-də prezident seçkisində qalib gələn Vladimir Putin seçkidə rəqibi olmuş bir neçə namizədə nazir və qubernator vəzifəsi təklif etdi. Azərbaycanda belə bir təcrübənin yaşanması gözləniləndirmi? Hazırkı prezident İlham Əliyev seçkidən sonra rəqibləri olmuş namizədlərə vəzifə təklif edərsə, onlar qəbul edərlərmi?
ADP-nin namizədi Sərdar Cəlaloğlunun cavabı belə oldu: “Əbülfəz Elçibəy prezident seçildikdən sonra mənə vəzifə təklif etmişdi. Heydər Əliyev də prezident olduqdan sonra mənə vəzifə təklif eləmişdi. Hər ikisində də imtina eləmişəm. Amma indi ölkədə vəziyyət Əbülfəz Elçibəy və Heydər Əliyevin zamanındakı kimi deyil. Bu baxımdan da təcili siyasi islahatlar həyata keçirilməlidir. Məsələn, ya koalisiya yaradılmalıdır, ya müxalif fikirli adamlardan da dövlət vəzifələrində yararlanmaq lazımdır. Əgər mən prezident seçilərəmsə, mənim komandamda Yeni Azərbaycan Partiyası da, Müsavat da, AXCP də və digər tanınmış partiyalarda təmsil olunacaq. Bu, bir həmrəylik hökuməti olacaq ki, ölkədə yumşaq keçid prosesini həyata keçirə bilək. Eyni zamanda əgər İlham Əliyev, iqtidar mənə vəzifə təklif edərsə, həqiqətən də ölkədəki problemlərin həllində mənim də iştirakımı, mənim də biliyimdən istifadə eləmək istəyərlərsə, razılıq verərəm. Burada məqsəd qətiyyən hansısa vəzifə kürsüsünü əldə etmək yox, ölkənin problemlərinin həllində iştirak etməkdir. Çünki bu gün Azərbaycanda vəziyyət nə Əbülfəz Elçibəyin, nə də Heydər Əliyevin dövründəki kimi deyil. Mən ABŞ səfirinə də demişdim ki, Azərbaycan Demokrat Partiyası ölkənin və xalqın maraqları naminə İlham Əliyevlə koalisiyon hökumət yaratmağa hazırdır”.


“Cəhəçilərin təşəbbüs qrupu”nun namizədi Razi Nurullayev isə məsələyə belə yanaşır: “Biz ilk çıxışlarımızdan sonuncu çıxışlarımıza qədər bəyan etdik ki, Azərbaycanda mədəni, kübar bir siyasətin olmasının tərəfdarıyıq, bunun üçün çalışırıq. Kimin prezident seçilib-seçilməməsindən asılı olmayaraq Azərbaycanda bir barış olmalıdır, iqtidarla müxalifət oturub məsələləri həll etməlidir. O baxımdan, əgər seçilən prezident seçkidə iştirak etmiş rəqiblərinə dövlət, hökumət idarəçiliyində istifadə edilməsi üçün proqramlarını təqdim etmələri təklifini versə, qəbul olunmalıdır. Qaldı şəxsən mənə vəzifə təklif edilməsi məsələsinə, bu barədə düşünməmişəm, amma hər bir mövzu gündəlikdə ola və müzakirə oluna bilər. Bu, Azərbaycanda yeni bir siyasi mədəniyyətin də formalaşması üçün ciddi bir töhfə vermiş olar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev isə suala belə cavab verdi: “Mən, ümumiyyətlə, Azərbaycanda seçki yarışını, seçkidə bir-birinə rəqib olmağı düşmənçilik kimi qəbul eləmirəm. Hesab edirəm ki, bütün namizədlərin məqsədi ölkəni inkişaf etdirməkdir. Hərə bir yol təklif edir. Bizim də öz yolumuz, öz proqramımız var. Kimin prezident seçilməyindən asılı olmayaraq verilmiş yaxşı təkliflərin hamısı nəzərə alınmalıdır. Mən seçilərəmsə, bütün təklifləri nəzərə alaram. Prezidentliyə namizədləri tanıyıram və onların iş başında olmasını təmin edərəm. Yox, əgər başqa namizəd seçilərsə, çox arzulayaram ki, bizim düşüncəmiz iş başına gəlsin. Bizə hər hansı vəzifə təklif olunarsa, bu, hələ sonrakı mərhələdir. İstəmirəm ki, seçkiyə iki-üç qalmış özümə inamsız danışım. Mən arzulayıram mənim komandam iş başına gəlsin. Çünki bizim üçün hakimiyyət, vəzifə məqsəd deyil, vasitədir”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO
09.11.2019
Nazirlikdən reklam olunan dərmanla bağlı Açıqlama
09.11.2019
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağından niyə imtina edildi?