Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

Bakıda məşhur zibilliyin üstündə park tikiləcək - VIDEO

18:35  |    05 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Real TV-nin həmin ərazidən xüsusi reportajı


Hər il dünyada 2,12 milyard ton zibil yığılır. Bu rəqəmin yalnız 40 faizi təkrar emal üçün yararlı olur. Müxtəlif ölkələrdə tullantıların zərərsiz vəziyyətə gətirilməsi məqsədiylə xüsusi paliqonlar ayrılır və bu paliqonlarda təkrar emala yararlı olan tullantılar yararsız zibildən ayrılaraq yenidən istifadəyə göndərilir.

Hətta bir çox ölkələr artıq tullantı yükünün azaldılması üçün çeşidləməni yerindəcə həyata keçirir.

Məsələn, qonşu Türkiyədə əhalinin geyimi , plasmas , şüşə qabları eləcə də qida tullantılarını ayrı-ayrı qablara atması üçün hər 1 kilometrdən bir xüsusi qablar qoyulur. Ölkəmizdə isə bu cür qablara yalnız Qala ərazisində və İçərişəhərdə rast gəlmək mümkündür.
Azərbaycanda il ərzində yığılan tullantıların statistikasını demək çətindir. Bölgələrdə toplanan zibil şəhər mərkəzindən kənarda ayrılmış ərazilərdə sadəcə basdırılaraq və yandırılaraq məhv edilsə də paytaxt bakıda bu prosses dünya standartlarına cavab verən şəkildə həyata keçirilir.

“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində ümumilikdə 700 min ton tullantı qəbul edir. Orta hesabla hər Bakı sakini ildə 350 kq məişət tullantısı atır.

İl ərzində zavod 200 min tullantını çeşidləyir. Çeşidlənən tullantılar isə təkrar emala göndərilir.

Təkrar emal edilən təkcə kartonlar deyil, plasmas və şüşə qablarda yenidən istifadə üçün daxil olan ümumi tullantıların içərisindən seçilir.

Çeşidlənmə prossesi bitdikdən və təkrar emal üçün yararlı tullantılar seçilkdikdən sonra yararsız zibil yandırılır. Bərk məişət tullantılarının yandırılması zavodu il ərzində 500 min ton tullantını məhv edir.

İşə yarayan təkcə tullantının külü deyil, hələ tullantı sobada olarkən və alışmağa başladığı təqdirdə də alışan zibildən səmərəli istifadə olunur.

“Təmiz şəhər” ASC-dən Real TV-yə verilən məlumata görə, Balaxanı zibilliyi ərazisində park salınacaq.

Xüsusi reportajı sizə təqdim edirik.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas