Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

“Növbəti döyüşdə düşmən böyük “sürpriz”lə qarşılaşacaq” - General Bərxudarov

15:24  |    05 Aprel 2018  |   E-mail  |  Çapa göndər


"Hazırda ordumuz düşmənin hər bir fəaliyyətini, addımını və hərbi texnikasının hərəkətini izləmək imkanına malikdir"

AzVision.az-ın məlumatına görə, bunu Hərbi birlik komandiri, general-mayor Mayis Bərxudarov 2016-cı ilin aprel döyüşlərindən danışarkən deyib. General-mayor bildirib ki, Azərbaycan Ordusunun sayıqlığı nəticəsində düşmən geri oturdulub və işğalda olan bir neçə əlverişli mövqe azad olunub.

"Bu gün biz həmin əlverişli yüksəkliklərdən gələcək döyüşləri daha uğurlu aparmaq üçün çox geniş bir görüntüyə malik olan əraziyə nəzarət edə bilirik. Lələtəpəni ələ keçirəndə birinci yaralanan əsgəri heç zaman unutmuram. Qarşılaşanda soruşdum əsgər yaxşısan? Dedi: "Komandir, Vətən sağ olsun!". Bu vəziyyət bir komandir olaraq mənə daha da güc verdi".

Hərbi birlik komandiri qeyd edib ki, aprel döyüşlərində qüvvəmizin çox az bir hissəsindən istifadə olunub: "O qüvvə ilə Ermənistan ordusunu geri oturduq. Hazırda ordumuz düşmənin hər bir fəaliyyətini, addımını və hərbi texnikasının hərəkətini izləmək qabiliyyətinə malikdir. Bunun üçün bizim ən müasir gecə və gündüz görmə cihazlarımız var. Bunu düşmən də hiss edir. Onlar bizimlə ayaqlaşmaq istəyirlər, amma buna çata bilmirlər. Ən ucuz aparatlardan istifadə edirlər. Ordumuz günü-gündən güclənir. Aprel döyüşlərindən sonra da ordumuzun arsenalına güclü və müasir silahlar daxil olub. Növbəti döyüşdə düşmən böyük "sürprizlə" qarşılaşacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq