Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6516

Digər sorğular

Rus səfir Skripalı kimlərin zəhərlədiyini bəyan etdi

03:49  |    02 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Yakovenko: "Bizimlə əməkdaşlıq etməkdən boyun qaçırırlar"


Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko NTV telekanalında yayımlanan “İtoqi nedeli” verilişində “Skripal işi”ni təxribat adlandırıb.

Real TV xəbər verir ki, səfir bu təxribatın Böyük Britaniyanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığını bəyan edib.

“Bizimlə əməkdaşlıq etməkdən boyun qaçırırlar, bizə heç bir fakt göstərmirlər. Bu isə bir daha onu göstərir ki, zəhərlənmə Britaniya xüsusi xidmət orqanlarının işidir”, - deyə Aleksandr Yakovenko bildirib.

Martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib.

Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan “Noviçok” adlı kimyəvi silah tətbiq edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.10.2019
Pakistan Hindistana etirazını bildirib
16.10.2019
Tel-Abyadda atışma anları görüntüləndi - Kənd belə alındı -VİDEO
16.10.2019
Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16.10.2019
Türkiyə Prezidenti: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”
16.10.2019
"Barış Pınarı"na görə azərbaycanlı futbolçular futboldan kənarlaşdırıldı