Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Ərdoğan Kosovonun baş nazirinə qəzəbləndi

17:35  |    01 Aprel 2018  |   E-mail  |  Çapa göndər


Kosovonun baş naziri Ramuş Haradinyanın atdığı addımlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hiddətləndirib.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” xəbər yayıb.

İstanbulda çıxış edən Ərdoğanın sözlərinə görə, məmur Fətullah Güləni dəstəkləyir: “Kosovonun baş naziri təhlükəsizlik naziri ilə daxili işlər nazirini vəzifədən çıxarıb. Mən indi ondan soruşuram: Kosovonun baş naziri, kimin təlimatıyla belə addım atdın? Nə zamandan bəri Türkiyə dövlətində çevriliş etməyə cəhd edənləri qorumağa başladın?

O Kosovonun ki, dünyada Amerikadan sonra ikinci dövlət kimi biz tanıdıq. Sənin bundan xəbərin yoxmu? Kosovonu qardaş olaraq bağrına basan Türkiyəyə qarşı çıxanları sən necə qoynuna alıb, bəsləyərsən? Bunun hesabını sən də verəcəksən. Və mənim kosovolu qardaşlarım sənin kimi baş nazirə imkan verməz. Kosovolu qardaşlarım səndən bunun hesabını soracaqlar. Güləni dəstəkləyənlər öz hərəkətlərinə görə cavab verəcəklər”.

Türkiyə prezidenti vurğulayıb ki, baş nazir kiminsə siyasi "sifarişini" yerinə yetirir, çünki əvvəl Türkiyədə qiyamın iştirakçılarına dəstəyi qeydə alınmamışdı.

Ərdoğanın flkrincə, həmin nazirlər Kosovodakı “Mehmet Akif” kollecinin FETÖ ilə əlaqədə şübhəli bilinən 6 əməkdaşının həbsini sanksiyalaşdırdıqlarına görə cəzalandırılıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Putin onları məhv edəcəyini dedi, Ərdoğan isə... - Kuznetsov
17.09.2019
Gürcüstanın müstəqilliyi sona çata bilər - Saakaşvili
17.09.2019
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA
17.09.2019
İran necə cəzalandırılacaq? – ABŞ-ın ssenarisi
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO