Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6478

Digər sorğular

Papadan minilliyin şoku: Cəhənnəm yoxdur

20:26  |    30 Mart 2018  |   E-mail  |  Çapa göndər


Cəhənnəm mövcud deyil.

Axar.az xəbər verir ki, bunu “La Republika” qəzetinin təsisçisi Euxenio Skalfariyə müsahibəsində Roma Papası Fransisk deyib.

“Onları cəzalandırmırlar. Tövbə edən Allahın mərhəmətini qazanır və ruhların xüsusi rütbəsinə daxil olur. Tövbə etməyən isə bağışlanmır, sadəcə, yox olurlar. Cəhənnəm yoxdur, günahkar ruhların itməsi var”, – deyə o bildirib.

Artıq Vatikan Papanın müsahibəsi ilə bağlı araşdırmaya başlayıb. Belə ki, 93 yaşlı Skalfarinin ateist olması və müsahibələrində diktafondan istifadə etməməsi Vatikanın ona qarşı müəyyən iddialar qaldırmasına şərait yaradıb.

Qeyd edək ki, Papa keçən il də buna bənzər bəyanatla çıxış etmişdi:

“Təvazökarlıq, vicdan və dini bütövlük sayəsində müəyyən ehkamçı fikirlərə dair yeni anlayışlar qazanmışıq. Kilsə artıq insanların əzab çəkdiyi əsl cəhənnəmə inanmır. Bu doktrina Tanrının mərhəmətli olmasıyla uyğun gəlmir. Tanrı hakim deyil, O, insanların dostu və bağışlayandır. Tanrı sizi kənarlaşdırmaz, ancaq və ancaq bağışlayar. Adəm və Həvva nağılında olduğu kimi, biz cəhənnəmi gerçək bir yer kimi görürük. Cəhənnəm yalnız tək qalmış bir ruhun əks olunmasıdır. Bu ruh da digər bütün ruhlar kimi sonda Tanrının mərhəmətinə sığınacaqdır.

Bütün dinlər safdır, çünki dinlər inanan insanların qəlbində saflaşır. Başqa bir doğru axtarmayın. Keçmişdə kilsə əxlaqsız, ya da günahkar olanlara qarşı çox sərt davranıb. Artıq mühakimə etmirik. Bağışlayan bir ata kimi uşaqlarımızı əsla kənarlaşdırmırıq. Kilsəmiz heteroseksual və homoseksuallar üçün, ya da abort əleyhdarları və abort tərəfdarları üçün kifayət qədər böyükdür. Mühafizəkarlara, liberallara, hətta kommunistlərə də qapımız açıqdır və hər kəs bizə qoşulmağa davam edir. Hamımız eyni Allaha inanırıq və ona dua edirik".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ərdoğan İmamoğlunun işdən çıxardığı şəxsə vəzifə verib
20.09.2019
Rusiya “İsgəndər”lərini sınaqdan keçirdi
20.09.2019
Serqey Lavrov: “ABŞ kosmosa silah yerləşdirir”
20.09.2019
Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi