Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

ABŞ Ermənistana maliyyə yardımını dayandırdı

19:29  |    29 Mart 2018  |   E-mail  |  Çapa göndər


ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunan dövlət büdcəsini imzalayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, büdcəyə əsasən, ABŞ Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistana maliyyə yardımı etməyəcək.

Qeyd edək ki, 2017-ci ildə ABŞ tərəfindən Ermənistana edilən maddi yardım 2016-ci ilə nisbətən 3 dəfə azalmışdl. 2016-ci ildə rəsmi Yerevan 20,4 milyon dollar yardım almışdısa, 2018-ci ildə bu rəqəmin 60 milyon dollardan çox olacağı gözlənilirdi. Konqresin 37 üzvü bununla bağlı hətta rəsmi müraciət də etmişdi. Onlar 30 milyon iqtisadi və 30 milyon hərbi, həmçinin Yaxın Şərqdən erməni qaçqınları üçün 20 milyon dolların ayrılmasını xahiş edirdilər. Lakin təsdiq olunan dövlət büdcəsinə əsasən, ABŞ Ermənistana ümumiyyətlə maliyyə yardımı ayırmayacaq.

Bununla belə, Amerikanın Yerevandakı səfirliyindən bildirilib ki, Ermənistana ayrılan vəsaitlərin həcmi idarələrarası proses çərçivəsində müəyyənləşdiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Livanda Süleymaniyə abidə qoyuldu - Foto - Video
17.02.2020
Hərbi təyyarənin raketlə vurulma anı - ANBAAN VİDEO
17.02.2020
Rusiyanın Türkiyədəki səfiri yenə hədələndi, təhlükəsizliyi gücləndirildi
17.02.2020
Avropa Birliyi öz qurduğu tələyə düşdü - Puşkov
16.02.2020
Türk əsgərlərinə ruslar hücum edib? - Sensasion iddia