Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6952

Digər sorğular

“Ağlamaq yox, hönkürmək istəyirəm” – Putin (VİDEO)

20:27  |    27 Mart 2018  |   E-mail  |  Çapa göndər


Rusiya prezidenti Vladimir Putin bildirib ki, “Zimnaya Başnya” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayını düşünəndə ağlamaq yox, hönkürmək istəyir.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ölən uşaqların sayından danışanda ilk öncə ağlamaq yox, hönkürmək istəyirsən. Burada deyilənləri eşitdikdə isə dürüst desək, tamam başqa şeylər düşünürsən”, - deyə prezident FHN rəsmisi Vladimir Puçkovun hesabatını dinləyərkən qeyd edib.



Putin, eyni zamanda vurğulayıb ki, faciə ilə bağlı araşdırma diqqətlə aparılacaq, vəzifə və rütbəsindən asılı olmayaraq, bütün günahkarlar cəzalandırılacaq.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərindəki "Zimnaya vişnya" ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində azı 64 nəfər ölüb. Digər məlumatlarda ölü sayının 67 olduğu bildirilir. Onlardan 41-i uşaqdır. Yanğın nəticəsində 131 nəfər xəsarət alıb. 14 nəfər hələ də xəstəxanadadır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb - STATİSTİKA
10.07.2020
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10.07.2020
Aya Sofya bu tarixdən məscid kimi ibadətə açılacaq
10.07.2020
Gürcüstan Ukraynaya nota verdi: Yenə Saakaşvili...
10.07.2020
Ermənistanı bu amerikalı idarə edəcək – Departamentdən qərar