Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Türkiyədən nəhəng layihə: ilk universal gəmi-amfibiya - VİDEO

15:08  |    25 Mart 2018  |   E-mail  |  Çapa göndər

İstanbulun Tuzla rayonunda Türkiyənin ”TCG Anadolu” adlı ilk universal gəmi-amfibiyasının tikintisi aktiv şəkildə davam edir. Gəminin bloklarının 90 faizi artıq başa çatmaq üzrədir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin İMEAK dəniz ticarəti palatasının rəhbəri Mətin Kalkavan deyib.

“Gəminin gövdəsini təşkil edən blokların 90 faizi hazırdır. Gəmi 114 blokdan ibarətdir. Suya endirilən hissəsinin 10 faizi birləşdirilib. Paralel olaraq gəminin digər təchizatları ilə bağlı işlər görülür”, - Kalkavan bildirib.

Onun sözlərinə görə, “TCG Anadolu” 2019-cu ilin fevral-mart aylarına qədər tamamilə hazır olacaq:

“Daha sonra isə gəminin tam təchizatı və silahlanması başlayacaq. Silahların 68 faizi Türkiyə istehsalı olacaq. Bu, çox böyük, milyardlarla avro çərçivəsində olan layihədir”.

“TCG Anadolu” gəmisinin uzunluğu 232, eni 32 metr, göyərtəsinin sahəsi isə 5440 kv/m olacaq. Göyərtədə bir neçə təyyarə, 4 “Atak” zərbə helikopteri, 8 hərbi-nəqliyyat helikopteri, 2 “Seahavk” helikopteri və 2 zərbə PUA-sı yerləşə biləcək.

Qeyd edək ki, ötən il Prezident Ərdoğan Türkiyənin öz təyyarədaşıyan gəmisinin olacağını və bunun üçün artıq işlərə başlanıldığını elan etmişdi.

Qaziler.az Türkiyə mətbuatına istinadən videogörüntünü təqdim edir:







Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...