Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Milli Qəhrəman Canpolad Rzayevin anası: Yeganə arzum Canpoladın uyuduğu torpaqda uyumaqdı

17:59  |    17 Mart 2018  |   E-mail  |  Çapa göndər

Qaziler.az bildirir ki, Qaçqın və məcburi köçkünlər üçün Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində inşa edilən Yeni Müşfiqabad qəsəbəsinin açılış mərasimi 2012-ci il dekabrın 27-də prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

2013-cü ilin martında şəhərcik köçkünlərin istifadəsinə verilib. BDU yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfərin hamısı burada məskunlaşıb və sonradan əlavə tikilən binalara da mənzil şəraiti yararsız olan köçkün soydaşlarımız yerləşdirilib. Bu gün onlarla söhbətləşmək, onların arzu və istəklərini, gələcək üçün qurduqları planları dinləmək məqsədi ilə burada qonağıq.

İlk döydüyüm qapını bir gənc açdı. Ceyhun Abbasov bizi evə dəvət etdi.Elə astanadaca izahat verməyə başladı:” Mən burda Gilə nənəmin yanında qalıram.O xəstə olduğu üçün onu tək qoymuram”.



Otağa girəndə isə yatağında uzanmış yaşlı və xəstə qadına deyil, gözümüz divardakı şəkillərə zillənib qaldı. Divardan isə Azərbaycanın Milli Qəhrəmanı Canpolad və Ağdamda batalyon komandiri olmuş Yaqub Razyevlərin fotoları asılmışdı. Tanımayanlar üçün bildirək ki, hər iki igid xalqımızın fəxrlə andığı şəxsiyyətlərdəndi. Müharibədən əvvəl o, çoxlarından seçilməyən sadə, zəhmətkeş bir insan idi. Elə oğlu Canpolad da. İkisi birlikdə «Qarağacı» qəbirstanlığının yanında qəbirüstü daşların düzəldilməsi sexində çalışırdılar. Doğma kəndləri Çuxurməhlə qəbirstanlığın yanında – Əsgəranın dörd kilometrliyində idi. Müharibənin ilk günlərindən oğlu ilə birlikdə döyüşə atılan və ən təhlükəli yerlərə özünü yetirən Yaqub Rzayev az bir zamanda podpolkovnik rütbəsinə qədər yüksəldi və komandiri olduğu özünümüdafiə batalyonu ilə birlikdə neçə-neçə kəndlərin müdafiəsində, Canyataq, Gülyataq, Mehmanə kəndlərinin ermənilərdən azad olunmasında iştirak etdi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Erməni-rus hərbi birləşmələrinin basqınına məruz qalan silahsız Xocalı camaatının harayına ilk çatanlardandı. Məhz bu vaxt Yaqub Rzayevin batalyonu özünü yetirdi və Xocalı camaatının cüzi bir hissəsi xilas ola bildi. Bu döyüşdə Yaqub Rzayevin oğlu Canpolad qəhrəmancasına döyüşərək həlak oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Oğlunun ölüm xəbərini eşidən Yaqub demişdi:

- Burda döyüşənlərin hamısı mənim oğlumdur. Aparın məscidə yusunlar, imkan olsa dəfninə gələrəm.



Amma gələ bilmədi. Qızğın döyüşlər gedirdi. Üzündəki yanıq yerinə görə ona Ala Yaqub desələr də, müharibə vaxtı igidliyinə, dözüm və iradəsinə görə Qatır Məmməd ləqəbini qazanmışdı.

1946-cü ildə Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olan Yaqub Ələsgər oğlu Rzayev 1993-cü ildə müharibənin çox qızğın bir vaxtında həbs edildi və həbsxanada müəmmalı şəkildə vəfat etdi.



Gilə xala kövrələ-kövrələ, həzin səslə bizi salamladı və ilk gileyidə belə oldu:
-Vaxt vardı, gün ərzində evə gələn qonaq –qaranın sayı hesabı olmazdı. Hamısını layiqincə qarşılayıb, süfrə başına keçirirdik. İndi hətələrlə, aylarla gözüm qapıda qalır. Bir tanış-biliş qapımızı açmır. Arabir Bəylər həkim, Araz müəllim (Ağdam icra nümayəndəliyindən), Sahil müəllim, birdə MKİS rəisi Qabil müəllim gəlirlər, baş çəkirlər, problemlərimlə maraqlanırlar, kömək edirlər. Artıq yurd dərdi, bala dərdi məni yatağa salıb. İndi də öz canım-ağrılarım yadımdan çıxıb, Atatürkün (Canpoladın böyük oğlu) xəstələnməsi məni bərk narahat edir.Böyrəklərində problem var.

-Canpoladın 2 övladı olmalıydı?

-Hə,şəhid olandan bir ay sonra ikinci övladı da dünyaya gəldi. Onun da adını Canpolad qoyduq.



-Gilə xala, necə dolanırsan, sənə kim qulluq edir, kiminlə qalırsan?

- Qızımın biri yaxınlığımda olur. İndiyənə qədər elə yaşamağımın səbəbkarıda odu. Ceyhun onun oğludu . Heç evlərinə getmir ki, burda mənimlə qalır, məni tək qoymur. Anasıda tez-tez gelir paltarlarımı yuyur, evi təmizləyir,yemək bişirib gedir.

-Əvvəllər yəqin ki, sizdə BDU-nun yataqxanasında yaşamısınız?


-Hə, Allah prezidentin balasın saxlasın, elə bil bizi cəhənnəmdən çıxarıb cənnətə saldı. Evim bir otaqlı olsa da, amma çox rahatdı, hər bir şəraiti var. Övladlarım da rahat ev-eşiklə təmin olunub. Elə bir problemimiz, dərdimiz yoxdu. Yeganə arzum Canpoladın, uyuduğu torpağa qovuşmağımdı. İnşallah bir gün torpaqlar düşməndən geri alınar , bu arzuma da çataram!

Söhbətimizin bu yerində Ceyhun inam dolu sözləri ilə nənəsinə ürək dirək verir:

-Ay nənə, sən sağalmağına bax, bir az dirçəl, yaxşılaş, səni inşallah Ağdama özüm aparacam. Mən ermənilərlə döyüşə həmişə hazıram! Dayımın da, babamın da, yüzlərlə şəhidimizin də qisasını onlarda qoymayacağıq. Gec ya tez öz doğma yurdumuza dönəcəyik!

Gilə xalagildən çıxıb qəsəbədə gəzişirik. Binalar təzə-təmiz, məhlələr, yol kənarlarında səliqə ilə əkilən, qışda da çiçək açan gül kolları göz oxşayır. Gəzintiyə çıxan, Işə, məktəbə tələsiyən adamların fonunda qəsəbə qaynar qazana bənziyir. Hələ meyvə-tərəvəz, göy-göyərti satan səyyari satıcıların sayəsində qəsəbə bir az da canlanır.



Elə Xocavənd rayonundan məcburi köçkün 1970-cil təvəllüdlü Telman Bədirovla burada rastlaşırıq. Evindən –dolanışığından heç bir gileyi yoxdu. Əksinə yataqxanadan köçürülüb qəsəbələrdə yeni mənzillərlə təmin olunduqdan sonra tez-tez xəstələnməyi də bitib. Ötən illəri xatırlayaraq, bildirdi ki,şükür ki, ev dərdimiz, çörək imtahanımız yoxdu:

-Gündəlik adi məişət qayğılarını nəzərə almasaq, elə böyük problemimiz də yoxdu. Amma hazırda əlim silah tutur, rayonumuzda Xocavənd özünü müdafiə batalyonunun tərkibində döyüşmüşəm.Bu gündə döyüşə hazıram.O gözəl rayonumuz uğrunda ölməyədə hazıram, öldürməyədə. Qardaşım -şəhid Yunisin qanı tökülən torpağımı erməni əsarətindən qurtarmaq mənim kimi oğulların işidi. Ali Baş Komandnın əmrini həyəcanla gözləyirəm.



Ağdam rayon Baş Qərvənd kəndindən məcburi köçkün 70 yaşlı Eldar Aslanov onlar üçün yaradılmış bu yüksək şəraitə görə ölkə prezidentinə və zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirdi: “Burda köçkünlər üçün yaxşı şərait yaradılıb. O vaxt yataqxanada çoxlu sayda gənclər var idi ki, evlənməyə yerləri yox idi. Heç bir şəraiti olmayan bir otaqda valideynləri, bacısı və qardaşı ilə yaşayan gənclərin gəlin gətirməsi mümkün deyildi. 30 yaşını keçən nə qədər gənclər var idi ki, bu problemin ucbatında ailə qura bilmirdilər. Sevindirici haldır ki, bura gələndən toy karvanlarını tez-tez seyr edirik. Biz yaşlı nəsilin də qaygısına qalmağı unutmayıblar. Gəzməyə park da salınıb. Yaxınlıqda poliklinika var. Səhhətimizdə problem olanda həkimə müraciət üçün bir o qədərdə çətinlik çəkmirik. Bütün bunlara baxmayaraq, Ağdam üçün Baş Qərvənd üçün darıxııram. Mənə doğulub böyüdüyüm torpaqlar çox əzizdir . İnandığım isə bir məsələ var:bizi belə gözəl şəraitlə, dolanışıq ilə təmin edən bacarıqlı liderimiz bir gün bizi doğma yurdumuzla da qovuşduracaq”.

Həmişə olduğu kimi, bu qəsəbədə də kimi dindirdik, kimi danışdırdıq, cümləsinin başınıda, sonunuda doğma yurd həsrətinə bağladı . Qarabağda doğulmayan, o yerləri ömründə bir dəfədə görməyən uşaq, yeniyetmə, gənc qarabağlılar da o həsrətə köklənmişdilər. Necə deyərlər, ot kökü üstə bitər.

Əntiqə Rəşid

Qaziler.az

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub