Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6955

Digər sorğular

Erməni politoloqdan həyəcan təbili: Əgər...

22:58  |    15 Mart 2018  |   E-mail  |  Çapa göndər

“Stabil atəşkəs rejimi təmin edilməyənədək, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində stabillik olmayacaq”.

Cebhe.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu bu ölkədə fəaliyyət göstərən “Qafqaz” İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan deyib.

O, münaqişə tərəfləri – Ermənistan və Azərbaycan arasında gərginliyin son 2 ildə pik həddə qalxdığını diqqətə çatdırıb. “Son illərdə bölgədə gərginlik yüksək həddə artıb. Ermənistan – Azərbaycan sərhədləri, təmas xətti boyunca, hətta, Naxçıvan istiqamətində də gərginlik hiss olunur. Helikopterin vurulması hadisəsi və 2016-cı ilin aprel ayında tərəflər arasındakı 4 günlük silahlı qarşıdurmadan sonra gərginlik yüksələn xətt üzrə qalxır.



Aprel hadisələrindən sonra həmsədrlər həll axtarışlarını sürətləndiriblər. Ortada hər nə qədər hər iki tərəfi razı salan variantlar olsa da, tərəflər hansısa səbəbdən ortaq məxrəcə gələ bilmirlər. Atılan real addımlar dəstəklənmir. Ortadakı anlaşılmazlığa görə artıq, münaqişənin mahiyyəti tamamilə dəyişib”, - deyə İsgəndəryan qeyd edib. Politoloq qeyd edib ki, tərəflər arasında stabil atəşkəs rejimi olmadıqca, gərginliyin azaldılmasına və münaqişənin həllinə yönəlik səylər nəticə verməyəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Ermənistan 31 hərbçi itirib, 7-si zabit... - EKSPERT
12.07.2020
Gənclər Ağdama getdi: Döyüşə girmək istəyirik! – Foto
12.07.2020
Qənirə Paşayeva: "Ermənilər aldıqları cavab zərbəsini unuda bilməyəcəklər"
12.07.2020
Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı
12.07.2020
Tovuzda artilleriya hücumu: Ordumuz döyüşə belə girdi – İrəli, Azərbaycan əsgəri - Audio