Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

60 yaşı tamam olan qazinin ən böyük arzusu...

19:18  |    15 Mart 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, qazi Habil Şirinovun 60 yaşı tamam olur.

Habil Şirinov 1958-ci il mart ayının 15-də İmişli rayonunda anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən qazi həmin ilin noyabrında könüllü olaraq ailəsi ilə birlikdə Ağdamın İmarət-Qərvənd kəndinə köçərək orada baş həkim işləməyə başlayıb. 1991-ci il, sentyabrın 24-dən 25-nə keçən gecə ermənilər kəndə hücum edərkən kənd sakinlərinin oradan çıxarmaq üçün gedən döyüşdə iştirak edib. 1992-ci ilin may ayından Kəlbəcər özünümüdafiə batalyonunda leytanant, taqım komandiri- həkim işləyib. Kəlbəcər, Laçın, Ağdərədə yüzlərlə yaralını həyata qaytarıb. Ağdamda, Tərtərdə, Goranboyda, Ağdərədə, Füzulidə gedən döyüşlərdə iştirak edib. Kəlbəcərdəki 701 saylı tibb xidmətinin rəisi olub.

1998-ci ildə Saatlı hospitalına göndərilib, 45 yaşı tamam olanda polkovnik-leytenant rütbəsində ordudan tərxis olunub.

II qrup müharibə əlilidir, istefadadır, üç övladı, 6 nəvəsi var.

60 bahar yaşamış Qarabağ qazisinin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsidir.

Qaziler.az saytı olaraq biz də qazimizi yubileyi münasibəti ilə təbrik edərək bütün xalqımızın arzusu olan işğal altında olan Qarabağı azad görməyi arzulayırıq. Arzun çin olsun, Vətən oğlu!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub