Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6940

Digər sorğular

Dilqəmin oğlu: “Atamsız ad günü qeyd etmək mənə yaraşmaz”

15:06  |    15 Mart 2018  |   E-mail  |  Çapa göndər


Bu gün əslən Kəlbəcərdən olan, 4 ildir erməni girovluğunda əzab çəkən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun doğum günüdür.

27-ci baharına qədəm qoyan K.Əsgərov Modern.az-a bu günü atasız qeyd etməyin onun üçün əhəmiyyətsiz olduğunu bildirib:

“Bizdə əvvəldən bir ənənə var ki, ad günlərimizi xüsusi qeyd etmirik. Bu atam bizimlə olanda da belə idi, indi də. Amma bu gün atamsız ad günü qeyd etmək mənə yaraşmaz”.

K.Əsgərov atasına qovuşacağı günün onun üçün yeni doğum günü olacağını vurğulayıb:

“Bircə atama qovuşum. Onda elə biləcəm yenidən doğulmuşam”.

2014-cü il iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.07.2020
"Əsgər Ailəsi Cəmiyyəti" Türkiyədə qeydiyyata alındı
01.07.2020
XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil
29.06.2020
“Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir” - Ekspert
29.06.2020
Sabah Bakı ilə İrəvan arasında Qarabağ danışıqları olacaq
28.06.2020
Cəbhədə vəziyyət necədir? - Nazirlikdən açıqlama