Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6940

Digər sorğular

Azərbaycan prezidenti: "Status-kvo qəbuledilməzdir"

14:42  |    15 Mart 2018  |   E-mail  |  Çapa göndər


"Xocalı qətliamı azərbaycanlılara qarşı törədilmiş soyqırımdır".

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ermənistan 20 ildən artıqdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir.

Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib.

Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər.

Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır.

Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.07.2020
"Əsgər Ailəsi Cəmiyyəti" Türkiyədə qeydiyyata alındı
01.07.2020
XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil
29.06.2020
“Ordumuzun silahı təzə, texnikası müasir, döyüş ruhu yüksəkdir” - Ekspert
29.06.2020
Sabah Bakı ilə İrəvan arasında Qarabağ danışıqları olacaq
28.06.2020
Cəbhədə vəziyyət necədir? - Nazirlikdən açıqlama