Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Qarabağ cəbhəsində ABŞ-ın ermənipərəst senatorunun başından yan keçən GÜLLƏ

00:16  |    12 Mart 2018  |   E-mail  |  Çapa göndər


ABŞ Konqresinin ermənipərəst üzvü, Dağlıq Qarabağdakı qondarma erməni rejiminə və “soyqırımı” iddialarına uzun illər dəstək vermiş Mark Kerk təmas xəttinin Tərtər istiqamətində olarkən Azərbaycan snayperinin atdığı güllə son anda onun başından yan keçib.

Qaziler.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Mark Kerk İrəvanda Ermənistan parlamentinin Fəxri medalını alarkən danışıb.

2010-2017-ci illərdə İllinoysk ştatından senator olmuş respublikaçı siyasətçi deyib ki, onun həyatını erməni əsgəri son anda xilas edib. Bir neçə il əvvəl konqresmen kimi Ermənistana gələn Mark Kerk təmas xəttinə baş çəkib situasiya ilə tanış olmaq istəyib. Bu, Kerkin İllinoysdan senator seçilməsindən əvvəl olub.

“Biz Tərtər yaxınlığında səngərdə idik, Azərbaycan ordusunun mövqelərini izləyirdik. Səhvən başımı səngədən qaldırdım, bu vaxt hiss etdim ki, erməni əsgəri yaxamdan tutub aşağı çəkir. Elə həmin saniyə mənim başımın olduğu yerdən Azərbaycan mövqelərindən atılan güllə uçdu. Bu mənim üçün dərs oldu ki, gərək başını səngərdən çıxarmayasan”-Mark Kerk danışıb.

Erməni maraqlarının ən qatı müdafiəçilərindən biri olan Mark Kerk 2016-cı ildə Konqresə keçirilən aralıq seçkiləri uduzub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Düşmən atəşkəsi pozub
16.11.2019
Atəşkəs yenə pozulub
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub
14.11.2019
Qarabağda yol qəzası olub, azı 3 erməni ölüb