Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6958

Digər sorğular

ABŞ-ın Qarabağla bağlı xüsusi planı - Trofimçuk

19:25  |    10 Mart 2018  |   E-mail  |  Çapa göndər

Qarabağ konfliktinin həlli ilə bağlı ABŞ-ın öz həll planı var.

Axar.az xəbər verir ki, bunu “Jamanak” qəzetinə açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, ABŞ hələlik əlindəki kartların heç birini açmaq istəmir:

“Amerikanın ATƏT-in Minsk Qrupundakı həmsədri Endryu Şefer ümumilikdə haqlıdır. Dağlıq Qarabağın hərbi həlli yoxdur. Belə ki, müharibə təkcə Qarabağı yox, bütün regionu məhv edəcək. Lakin digər tərəfdən status-kvonun saxlanılmasına da ümid yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunda getdikcə aktivləşir. Bu öz-özlüyündə belə simvolik faktdır. Digər tərəfdən, Şefer Azərbaycan mətbuatına müsahibəsində çətin qərarların qəbulundan danışır, amma bunun nə olduğunu demir. Bu, kifayət qədər maraqlı məqamdır. Güman ki, ABŞ tərəflərdən hansısa birinə qeyri-rəsmi formada təklif irəli sürür. Aydındır ki, Vaşinqton dondurulmuş prosesi yerindən tərpətmək istəyir.

Bu gün danışıqlar masasında 2016-cı ilin aprelinə qədər olan sənədlər müzakirə edilir və bunu tərəflər də inkar etmir. Bu, Madrid prinsipləridir. Lakin son iki il ərzində tərəflər yeni qərarlara can atırlar. Bu, 2016-cı ildə Vyana və Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında Cenevrədə qəbul edilmiş qərarlardır. İndiki status-kvo ABŞ-dan başqa bütün Minsk Qrupu ölkələrinə sərfəlidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Nazir müavini: "Azərbaycan ordusunun generalı və polkovniki şəhid olub"
14.07.2020
Müdafiə Nazirliyi: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar belə məhv edildi - VİDEO
14.07.2020
Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ
13.07.2020
Düşmənin hərbi obyekt və texnikası belə darmadağın edildi - VİDEO
13.07.2020
Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi