Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

“Türkiyənin çoxdan nöqtə qoyduğu protokolları Ermənistanın indi ləğv etməsi gülüncdür”

23:57  |    02 Mart 2018  |   E-mail  |  Çapa göndər

Fikrət Sadıqov: “Sərkisyan bununla müəyyən dairələrin rəğbətini qazanacağına ümid edir”

Ermənistan prezidenti Serj Sərkisyan 2009-cu ildə Türkiyə ilə imzalanmış protokolların ləğv edildiyini bildirib. Maraqlıdır, Türkiyə tərəfinin onsuz da icrasına maraq göstərmədiyi, sahiblənmədiyi protokollaırn ləğv edilməsi Ermənistan tərəfindən məcburiyyətdən atılan addım kimi dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov Ermənistanın bu addımının çarəsizlikdən qaynaqlandığını təsdiqlədi:

“Təbii ki, bu, çarəsizlikdən atılan bir addımdır. Baxın, 2009-cu ildə imzalanan protokollar Ermənistan tərəfindən 2018-ci ildə ləğv olunur. Ermənistan uzun illər ərzində gözləyib ki, Türkiyə ona güzəştə gedəcək. Sərhədləri açacaq, diplomatik münasibətləri bərpa edəcək, onlarla əməkdaşlıq edəcək. Ermənistan siyasi təxribatçılıq metodlarına bənzər addımlarla öz məqsədlərinə çatacağını düşünürdü. Ermənistan bir yandan Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, 1915-ci il olaylarını soyqırım kimi tanıtmağa çalışır, Azərbaycanın torpaqlarını işğal altında saxlayır, digər tərəfdən Türkiyədən bu protokolların təsdiqini gözləyirdi. Bu, gülünc bir yanaşmadır. Türkiyə heç vaxt bunu etməzdi. İndi isə Sərkisyanın bu protokolları nümayişkəranə şəkildə ləğv etdiklərini dilə gətirməsi Ermənistandakı seçkilərə hesablanan bir addımdır. Görünür, Sərkisyan əvvəldən belə bir addımı seçki öncəsi atmağı planlaşdırıb. Məqsəd isə müəyyən seçici dairəsinin xoşuna gəlmək, onların dəstəyini almaqdır.

Ermənistanın bu addımı gecikmiş bir addımdır. Türkiyə bu məsələyə çoxdan nöqtə qoyub. Türkiyə anlayıb ki, Ermənistanın xeyirdən, yaxşılıqdan anladığı heç nə yoxdur və ona güzəştə getmək bu günün reallığı ilə ayaqlaşmayan qeyri-obyektiv bir addım olar”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat
04.01.2019
2019-cu ildə dünyanı nə gözləyir - siyasi və iqtisadi proqnozlar
01.08.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov