Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Ermənilər Putini cinayətkar adlandırdı

02:19  |    02 Mart 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Ermənistan saytlarının əksəriyyətində Rusiya Federasiyası və onun prezidenti Vladimir Putin 27 oktyabr və 1 mart hadisələrinin əsas səbəbkarı və ssenari müəllifi kimi təqdim olunub.

Aparıcı kütləvi informasiya vasitələri müəlliflərinin fikrincə, bu hadisələr məhz Putinin gizli planı və təkidi nəticəsində Robert Köçəryanın əli ilə həyata keçirilib.
Məsələn, 1in.am saytının əməkdaşı Sarkis Arçruni “27 Oktyabrdan 1 martadək:Köçəryan hakimiyyətinin qanlı izləri” məqaləsində yazır:
“Bir mart müasir Ermənistan tarixində ən qanlı günlərdəndir. Artıq on ildir ki, ermənilər bu günü yazın gəlişi, təbiətin oyanışı kimi yox, hakimiyyətin öz insanlarına qarşı törətdiyi qanlı qisas günü kimi qeyd edir. Hətta zəbt olunmuş hakimiyyətin belə on ildə iki dəfə bu cür dövlətçilik əleyhinə cinayət törədə biləcəyini təsəvvürə gətirmək çox çətindir. 27 Oktyabr özündə ideya və müstəqillik dəyərlərini daşıyan dövlət şurası ağsaqqallarına, elitaya qarşı bir addım idi. Həmin gün üçüncü respublikanın sonuncu kəndiri kəsildi. Və bununla da Robert Köçəryanın Ermənistana təsiri gücləndi: “ingilis krallıqlarından” sonuncusu ermənistanın suverenliyi və ləyaqəti hesabına avtoritar liderə çevrildi. Onun arzusu Moskvanın, Ermənistanın suverenliyini məhv etmək və onu öz müstəmləkəsinə çevirmək istəyilə üst-üstə düşdü. Lakin Köçəryan hakimiyyəti və Moskva 2003-2004-cü illərdə ciddi ictimai təpki, 2008-ci ildə isə milli oyanış hərəkatı ilə qarşılaşdı. Nəticədə 27 oktyabra 1 mart da əlavə olundu. Rusiya imperiyası anladı ki, ictimai müqavimətin qarşısı alınmayınca, Ermənistanı sonunadək zəbt edə bilməyəcək. Təsadüfi deyil ki, 1 mart hadisələri Moskvada keçirilən Putin-Köçəryan görüşündən dərhal sonra baş verdi…”

Karabakh.tv
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat
04.01.2019
2019-cu ildə dünyanı nə gözləyir - siyasi və iqtisadi proqnozlar
01.08.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov