Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6568

Digər sorğular

Qətər: Bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri...

01:19  |    27 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar həmin ölkənin nüfuzlu ingilisdilli “Peninsula” qəzetində geniş məqalə dərc edilib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi qırğının bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq müstəvidə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Yazıda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bütün elementlərinə görə BMT qətnamələrində nəzərdə tutulan “genosid” məfhumuna uyğun gəldiyi vurğulanıb.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinə, bu yöndə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrə, Ermənistan tərəfindən həmin qətnamələrə məhəl qoyulmaması və Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalması kimi məsələlərə yer verilib. Azərbaycan xalqının Xocalı şəhidlərinin xatirəsini həmişə anacağı və ölkənin ərazi bütövlüyünün bərpasınadək mübarizəsini davam etdirəcəyi bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.11.2019
Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO
28.10.2019
Mediada islahat reallığı… və islahata dəstək populizmi
11.10.2019
Beynəlxalq şəraiti biz yaratmalıyıq...
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat