Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6714

Digər sorğular

Kiyev aeroportunda “Xocalı” bukleti erməniləri ŞOK-a saldı - VİDEO

17:35  |    26 Fevral 2018  |   E-mail  |  Çapa göndər


Bu gün Ukraynanın Borispol Hava Limanında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları ilə ermənilər arasında insident yaşanıb.

Musavat.com XəzərNews.az-a istinadən xəbər verir ki, insidentə səbəb diaspor fəallarının Xocalı soyqırımının ildönümü ərəfəsində sərnişinlərə sözügedən faciəni anladan buklet paylamaları olub.

Aksiyanın keçirilməsinə etiraz edən ermənilər gənclərə mane olublar, sonra isə Hava Limanı rəhbərliyinə şikayət ediblər. Lakin aksiyanın icazəli olduğunu öyrənən ermənilər geri çəkiliblər.

Bir neçə saat ərzində iki minə yaxın sərnişinə Ukrayn dilində hazırlanan və Xocalı soyqırımını anlatan bukletlərin paylanılmasına nail olunub.
UABD-yə icazəli aksiyanın təşkilində AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov dəstək göstərib.

Qeyd edək ki, aksiyada UABD sədri Hikmət Cavadov özü də iştirak edib. Aksiya başa çatandan sonra H.Cavadov bildirib ki, artıq ofislərdə və konfrans zallarında təbliğat aparmaq dövrü arxada qalıb: “Ötən il Kiyevdə və Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında Xüsusi Buraxılış olan 30 min qəzet payladıq. Kiyevin metro çıxışlarında plakatlar asdıq. İldönüm çərçivəsində tədbirlərimiz davam edəcək”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı açıqlandı
26.02.2020
Bütün ailəsi məhv olmuş ananın fəryadı - VİDEO
26.02.2020
Türkiyə telekanalı Xocalı soyqırımına sənədli film həsr etdi - VİDEO
26.02.2020
Martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü onlara bağışlayacaqsa...
26.02.2020
Atəşkəs yenə pozulub