Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Onların şəhidliyindən 1il ötür - 6 şəhidin həyat yolu

22:58  |    25 Fevral 2018  |   E-mail  |  Çapa göndər

2017-ci il fevralın 25-də Füzuli-Xocavənd istiqamətiində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin şəhadətindən 1il ötür

Qaziler.az xəbər verir ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz mayor Aqşin İsmayıl oğlu Abdullayev, baş leytenantlar Şahlar Yaşar oğlu Nəzərov, Tural Əbdül oğlu Həşimli, baş çavuş Zülfü Rəhim oğlu Qədimov, əsgər Zakir Nazim oğlu Cəfərov, Elvin Süleyman oğlu Əhmədovdur.



Şəhid olmuş hərbi qulluqçudan biri Ağdam rayonunun Mərzili kənd sakini olan 1988-ci il təvəllüdlü Zülfü Qədimovdur. O, müddətdən artıq hərbi xidmətdə olub. Məcburi köçkün kimi isə Beyləqan şəhərində məskunlaşıblar. Z.Qədimov 19 fevral 2012- ci ildə ailə qurub. Övladı yoxdur. Şəhid Zülfü Qədimov yaşadığı Beyləqan rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.



Baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub. Şahlar Nəzərovun əmiləri də hərbçi olub. Hərbçimiz şəhid olmamışdan 6 ay öncə ailə həyatı qurubmuş.



Digər şəhidimiz baş leytenant Tural Həşimli da yeni ailə qurubmuş və o da dünyaya göz açacaq övladını görmədən həlak olub. Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun, Dırnış kəndində dünyaya göz açıb. Şəhidimiz doğulduğu yerdə də dəfn olunub.



Digər şəhidimiz Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevdir. Aqşin Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Şəhid mayorumuzun 3 övladı var. Aqşin Abdullayev də fevralın 28-də doğulduğu kənddə dəfn olunub.



Həmin gecə şəhid olan digər hərbi qulluqçumuz əsgər Zakir Cəfərovdur. Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakının Keşlə qəsəbəsində anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 saylı məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri” ixtisasına qəbul olunub. Əslən Ağdam rayonundan olan şəhid Keşlə kənd qəbiristanlığında dəfn olunub. O döyüş vaxtı yaralı komandirini döyüş meydanından çıxarmaq istəyərkən şəhid olub.



Həmin gecə yaralanan və sonradan şəhid olan Elvin Əhmədov 1997-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. Şəhidin məzarı anadan olduğu kənd qəbiristanlığındadır.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO