Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Rusiya 9 yerə parçalanacaq: Putinin missiyası... - Zakayev

21:19  |    25 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Rusların öz dövləti yoxdur.

Axar.az xəbər verir ki, bunu “Seqodnya” qəzetinə verdiyi müsahibədə Çeçen İçkeriya Respublikasının mühacir hökumətinin rəhbəri Əhməd Zakayev söyləyib.

“Əsl ruslar anlayır ki, onların bu məsələlərdə haqları yox edilib. Çeçenlərə gəldikdə isə onların vətənləri işğal olunsa da, hər kəs bilir ki, bu onların ərazisidir. Onun sərhədləri dəqiq müəyyənləşdirilib. Əvvəl-axır bu ərazilər işğaldan azad olunacaq və biz dövlətimizi bərpa edəcəyik. Rusiyanın bu gün elə bir ərazisi yoxdur ki, beynəlxalq aləm onu rus torpaqları kimi tanısın. Putin niyə federativ razılaşmanı pozur? 1992-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Şurasının sədri Ruslan Xasbulatovun təşəbbüsü ilə bu müqavilə imzalandı. Bölgələr, milli respublikalar burada subyekt formasında müəyyən edildi. Yeganə bu federasiyada ruslar təmsil olunmadı. Biz deyirdik ki, çeçenlər bu müqaviləni imzalamağa hazırdır, amma öncə federasiyaya daxil olacaq Rus Respublikasının sərhədləri müəyyənləşdirilsin. Əslində Rusiya imperiyası ruslardan başqa hər kəs üçün sərfəli oldu. Ruslar bu imperiyanın formalaşdırılmasından sonra hamıdan çox əziyyət çəkiblər. Ruslar indi öz dövlətlərini yaratmaq istəyirlər”, – deyə o bildirib.

Onun sözlərinə görə, əgər Moskvanın qarşısı zamanında alınsaydı, indi heç kim onun fəaliyyətindən əziyyət çəkməzdi.

“Cövhər Dudayev deyirdi ki, Kremlin planlarına təkcə Çeçenistan yox, Krım da daxildir. Təəssüf ki, bizi heç kim eşitmədi. Aydın idi ki, Çeçenistanın müqaviməti qırıldıqdan sonra Rusiya Qafqazda Gürcüstana, Azərbaycana, sonra Ukrayna və Moldovaya, daha sonra isə Baltikyanı respublikalara öz nüfuzunu yayacaqdı. Bu proqram təkcə postsovet məkanını yox, bütün Varşava Müqaviləsi Təşkilatının üzvlərini əhatə edirdi. Əgər Putini Çeçenistanda dayandırsaydılar, bugün Gürcüstan, Ukrayna və Suriya olmazdı. O zaman dünya sadəcə Rusiyanın kommunist ideologiyasından imtina edib, guya demokratik dəyərlərə yönəlməsiylə kifayətləndi. Onlar Rusiyanın demokratik dövlət ola biləcəyinə aldandılar. Buna görə də Çeçenistanı qurban verdilər. 4 dekabr 1994-cü ildə Budapeşt memorandumu imzalandı və Ukrayna nüvə silahından imtina etdi. 11 dekabrda isə Yeltsin Çeçenistandan ordularını çıxartdı. 2014-cü ildə Ukraynada baş verəcəklər Çeçenistandakı müqavimətin hesabına o vaxt təxirə salındı. Cövhər Dudayev 1994-cü ildə bunu deyirdi. Rusiya o zaman Qərbi qorxudurdu ki, Çeçenistana müstəqillik verilsə, Rusiya domino prinsipi əsasında dağılacaq. Dünya hazır deyildi ki, Rusiyanın 89 subyektə bölündüyünü görsün. Bütün dövlətin ərazisində nüvə, kimyəvi və baktereoloji silahlar var və dünya buna imkan verə bilməzdi. Ona görə də bütün dünya çeçen dövlətinin məhvini dəstəklədi. Amerikalılar bu dövrdə Rusiyaya 57 milyard dollar ayırdılar. Bu pullar müharibəyə ayrılmamışdı, amma Rusiya onları müharibə üçün istifadə etdi. Bir dəfə Rusiya Federasiya Şurasının Londonda ola keçmiş üzvlərindən birindən soruşdum ki, niyə Putini hakimiyyətə gətirdiniz? O dedi ki, Qorbaçov SSRİ-ni yıxmaq üçün, Yeltsin Kommunist Partiyasını dağıtmaq üçün, Putin isə Rusiyanı dağıtmaq üçün gətirilib. Putin hakimiyyətə gələndən sonra Rusiyanı əvvəlcə 7, daha sonra isə 9 regiona böldü. Bu 9 region arasında Rusiya parçalanacaq. Bütün bunlar Putinin ölümündən dərhal sonra gerçəkləşəcək. İstənilən halda Putindən sonra Rusiyanın hansısa başqa yeni dövlət sisteminə transformasiyası qaçılmazdır. Mən buna tam əminəm. Demirəm ki, Rusiya tam xəritədən itəcək, amma tranformasiya mütləq olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.11.2019
Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO
28.10.2019
Mediada islahat reallığı… və islahata dəstək populizmi
11.10.2019
Beynəlxalq şəraiti biz yaratmalıyıq...
07.02.2019
Millət vəkili Fazil Mustafa qazi baş redaktorun "cinayət işi" ilə bağlı fikir bildirdi...
09.01.2019
“Zopa ilə döyürlər, heç kim səsini çıxarmır” – Deputat