Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

650 minlik avtomobilin sahibi bilindi - Foto

19:26  |    25 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Dünən iqtisdaçı alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus" şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli "Mersedes–Benz S Class"ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb.

"Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır", - deyə iqtisadçı yazıb.

Qaynarinfo.az
-a daxil olan məlumata görə, sözügedən avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

Bu cür bahalı avtomobillərin kolleksiyasına sahib olan Vahid Axundov öz hobbisi ilə dəfələrlə mətbuatın gündəminə gəlib.

Atası mətbuata açıqlamasında oğlunun bahalı avtomobilləri ilə bağlı belə reaksiya vermişdi: "Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”

Onu da əlavə edək ki, "Brabus" şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobillərin sayı Azərbaycanda onlarladır. Hətta İnstaqramda bununla bağlı xüsusi səhifə də mövcuddur. O avtomobillərin də şəkillərindən bəzilərini təqdim edirik.









Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.08.2019
“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib
16.08.2019
Azərbaycanda evlənənlərin və boşananların sayı artıb
16.08.2019
Qarabağ qazisindən Prezidentə MÜRACİƏT: Mənə torpaq vermirlər
15.08.2019
Minimum pensiya artımı 660 min nəfəri əhatə edəcək
14.08.2019
Vəkili Ramil Səfərovla bağlı sirləri açdı - İlk dəfə