Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Cənub bölgəsində silah alverçiləri... - DİN əməliyyat keçirdi

19:55  |    03 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Masallı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində 41 yaşlı Zöhrab Əzizov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onun üzərindən marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq onun Masallı rayonundakı mənzilinə baxış zamanı əlavə olaraq bağlama şəklində marixuana və lüləsi kəsilmiş, atış üçün yararlı olan odlu silah aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan Zöhrab Əzizov əvvəllər quldurluq etdiyinə görə 8 il məhkumluq həyatı yaşayıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Narkotiklər Baş Polis İdarəsi əməkdaşları tərəfindən Masallı rayon sakini Tarverdi Tağıyevdən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.10.2019
Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?
17.10.2019
Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib
15.10.2019
Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
15.10.2019
Tanınmışlar Əfqan Muxtarlının azadlığı üçün prezidentə müraciət etdilər
14.10.2019
Aprel qazisi ata oldu - FOTO