Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6438

Digər sorğular

Elman Rüstəmovun dövlətə 700 milyon borcu var- ŞAHMAR MÖVSÜMOVLA ONU NƏ BİRLƏŞDİRİR?

22:19  |    02 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin işdən çıxarlmasından sonra bank sistemində hər şeyin normala dönəcəyi ümidləri doğrulmadı.

2015-ci ilin aprel-may aylarında Beynəlxalq Bankdan yüz milyonlarla girovsuz kredit götürmüş iş adamlarının kütləvi həbsi insanları xeyli ümidləndirmişdi. Hər kəs düşünürdü ki, bankları xortumlayan çetenin sonuna çıxılacaq. Maliyyə sistemini sarmış “xərçəng” qoparılıb atılacaq.
“Beynəlxalq Bank işi” mövzusunun səs-küyü yatmamış “MTN işi” mövzusu meydana çıxdı. Eldar Mahmudov vəzifəsindən çıxarıldı, ardınca da onun nazirlikdəki komandası kütləvi şəkildə həbs edildi, xeyli adam işdən atıldı. Nəhayət, 2015-ci ilin dekabr ayında ABB-nın sədri Cahangir Hacıyev həbs edilərək türməyə göndərildi.
İctimaiyyət bu olayların şokundan özünə gəlməmiş 21 dekabr devalvasiyası oldu. Ortalıq daha da qızışdı. Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan E.Rüstəmovun xəbərsiz olması mümkün deyildi – çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən tək orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması (baş bankirin bu susqunluğunun səbəbi barədə aşağıda bəhs edəcəyik) onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.
Yeri gəlmişkən, bu hadisələrdən sonra diqqətlər Azərbaycan banklarından oğurlanan milyardlar mövzusuna daha çox cəlb olundu. Xalq bir də onda ayıldı ki, ölkənin maliyyə sahəsinə məsul olan şəxslər və onların hakimiyyətdəki hamiləri xalqın, dövlətin milyardlarla dollar vəsaitini mənimsəyiblər. Bu işdə təmiz, oğurluğa bulaşmayan bircə maliyyəçi tapmaq çox çətindir.
Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca “kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsi ilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.

Gununsesi.info xəbər verir ki, bu günlərdə musavat.com-un redaksiyasına maraqlı məlumat daxil olub. Məlumatda bildirilir ki, E.Rüstəmovun Gürcüstandakı tikinti biznesi sürətlə çiçəklənməkdədir. Şirkətlərin müxtəlif irihəcmli tikinti layihələrini əldə etdikləri deyilir. Baş bankirin bu işdəki ortağı isə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovdu. Ş.Mövsümovun bu işə qardaşı Şahin Mövsümovu qoşduğu deyilir.

Xatırladaq ki, Şahmar Mövsümov baş bankirin kadrıdır – Dövlət Neft Fondunun icraçı direktoru təyinatınadək məhz Mərkəzi Bankda çalışan Mövsümovun vəzifə yüksəlişində də E.Rüstəmovun əsas rol oynadığı bildirilir.

Onu da qeyd edək ki, Şahin Mövsümov heç bir girov qoymadan bağlanmaq ərəfəsində olan “StandardBank”dan 100 milyon manat kredit götürərək hələ də qaytarmayıb. Ölkə banklarının kredit siyasətini tənzimləyən əsas qurumun rəhbəri olaraq E.Rüstəmovun bu borclanmadan da xəbərsiz olduğunu söyləmək qeyri-mümkündür. Eyni zamanda bu “xəbərsizliyin” də səbəbsiz olmadığı göz önündədir.

Redaksiyamıza məlumat verən mənbənin iddiasında o da var ki, bu tikinti projesində əsas söz sahibi, rəhbər Elman Rüstəmovdu. Bu istiqamətdə araşdırmalarımız davam edir. Yaxın zamanlarda Elman Rüstəmovun Gürcüstandakı şirkətlərinin adlarını, həmçinin gördüyü işlər barədə əlavə bilgiləri ictimaiyyətə çatdırmağa çalışacağıq.

Azərbaycanda yüksək rütbəli məmurların, dövlət qurumlarının mediaya açıq olmaması səbəbindən yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini öyrənmək mümkün olmadı. Buna baxmayaraq, yazıda adları hallanan şəxslərin – əsasən də Elman Rüstəmovun mövqeyini dinləməyə, bu haqda hər hansı fikirləri, qeydləri və əlavələri olarsa, qəzetdə çap etməyə hazırıq.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.08.2019
“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib
16.08.2019
Azərbaycanda evlənənlərin və boşananların sayı artıb
16.08.2019
Qarabağ qazisindən Prezidentə MÜRACİƏT: Mənə torpaq vermirlər
15.08.2019
Minimum pensiya artımı 660 min nəfəri əhatə edəcək
14.08.2019
Vəkili Ramil Səfərovla bağlı sirləri açdı - İlk dəfə