Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Dağlıq Qarabağda RAZILAŞMA, səkkizinci CƏBHƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

01:57  |    02 Fevral 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib.

Türkiyə ordusu və ASO “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış edib.

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI
Zaxarova Suriya münaqişəsinin nizamlanmasında uğurlu hesab olunan Moskva-Ankara-Tehran formatının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oyanaya biləcəyi rola münasibət bildirib.

"Suriya və Dağlıq Qarabağ münaqişələri tamamilə ayrı mövzulardır. Hesab edirəm ki, bu münaqişələri bir-biri ilə qarışdırmaq cəhdi yersizdir", - o bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa münaqişənin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək. Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının illik ziyafətində çıxışı zamanı deyib.

Makron nitqində qondarma erməni soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanın Makronu Dağlıq Qarabağı ziyarətə dəvət etməsinə isə prezident belə cavab verib:

“Fransanın kompromis tərəfdarı olduğu Dağlıq Qarabağ münaqişəsində status-kvo problemin həlli demək deyil. Ümid edirəm ki, bir gün sizə dönəcəm və Qarabağ münaqişəsinin həll olunduğunu söyləyəcəm”.

Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsinfə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyatın keçirilməsi planlaşdırılır. Əməliyyat başlayacağı halda, Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri Türkiyə Silahlı qüvvələri ilə birlikdə Afrinin PYD terror təşkilatından təmizlənməsində iştirak edəcək.

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində strateji təpələr və yolların üzərindəki daha bir neçə kəndi ələ keçirib. Türkiyə qırıcıları Minniğ hava limanı, Maranez və Bafelyum təpələri, həmçinin PYD-nin Kilisə raket atdığı Darmık dağını bombardman edir.

Türkiyə-Suriya sərhədində yerləşən Bak Ubasi kəndi bu gün səhər saatlarında terrorçulardan alınıb. Kilisin qərbində yerləşən kəndin təmizlənməsi ilə səkkizinci cəbhədə əməliyyat başlayıb.

Ötən axşam terrorçu mövqelərinə endirilən aviazərbələr nəticəsində 22 hədəf məhv edilib, bölgədən əldə olunan məlumata görə, gedən şiddətli döyüşlərdə ən azı 63 terrorçu zərərsizləşdirilib. Beləliklə, əməliyyat başlayandan məhv edilən terrorçu sayının 712-ə çatdığı bildirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Liderlər Soçidə keçirilən Suriya Milli Diqaloq Konqresi, “Zeytin budağı” əməliyyatı və İdlib əyaləti də daxil olmaqla Suriyadakı proseslər müzakirə edilib.

“Türkiyə Avropa İttifaqı ölkəsi olmamalıdır, amma onunla strateji əməkdaşlığı inkişaf etdirmək lazımdır”. Bunu Belçikanın baş naziri Şarl Mişel Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetində “Avropa İttifaqının gələcəyi” mövzusunda mühazirəsilə ilə çıxışında deyib.

O həmçinin Avropa İttifaqı və Türkiyə arasındakı münasibətləri “mürəkkəb” adlandırıb.

İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşündə “İran Livanı yüksək dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək istəyir və bu təhdidi qəbul edə bilmərik” deməsinin ardınca müdafiə naziri Aviqdor Liberman Livanla yeni bir müharibə siqnalı verdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını bildirib.

ABŞ prezidenti Donald Tramp prezident seçildikdən sonra ilk dəfə Konqresdə çıxış edib. ABŞ prezidenti bir neçə məsələyə toxunub.

ABŞ prezidenti Donald Tramp Konqresdə “Ölkənin vəziyyəti Haqqında” illik nitqində İranla imzalanan nüvə sazişinə yenidən toxunub. Tramp Konqresdən İranla imzalanan “dəhşətli nüvə sazişi”nin fundamental çatışmazlıqlarına baxmağı xahiş edib.

ABŞ-ın nüvə arsenalının müasirləşdirilməsi Vaşinqton üçün aktual problemdir, amma onun reallaşdırılması sabitləşmiş güc balansını silkələyə bilər. Bunu Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun əməkdaşı Aleksey Fenenko bildirib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilən “Kreml məruzəsi”nə düşmüş Rusiya milyarderlərinin aktivləri bir gün ərzində 1,1 milyard dollar ucuzlaşıb. Ən çox zərər isə arbaycanlı milyarder, Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov (226 milyon dollar), NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin (205 milyon dollar) və dağıstanlı milyarder, “Nafta-Moskva” kompaniyasının sahibi, Rusiya Federasiya Şurasının senatoru Süleyman Kərimova (102 milyon dollar) dəyib.

Faiz ifadəsində siyahıda olan Rusiya milyarderlərinin aktivləri 0,3 faiz ucuzlaşıb. “Forbes” onların ümumi sərvətini 420 milyard dollar qiymətləndirir.

Bununla yanaşı, nəşr qeyd edir ki, ABŞ-ın məruzəsi ona daxil edilən Rusiya oliqarxları üçün hələ əhəmiyyətli itkilər gətirməyib.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Kreml məruzəsi”ni dərc edib.

“Kreml məruzəsi” son anda dəyişdirilib. Bu iddia ilə Atlantik Şurasının eksperti və sənədin müəlliflərindən biri Anders Oslund söyləyib. Onun sözlərinə görə, bu sənəddə ilk olaraq Kremlin hesabına sərvət qazanan sahibkar və oliqarxlar göstərilsə də, son anda dəyişdirilib:

“Son dəqiqələrdə heç kimin tanımadığı hansısa yüksək vəzifəli şəxs ekspertlərin bütün işini kənara ataraq, bunun yerinə Rusiya hakimiyyətindəki yüksək vəzifəli şəxslər və 96 rus milyarderinin adını yazıb. Bu yüksəkçinli şəxs daha bir hesabat hazırlayan hökumət ekspertlərini özünə güldürüb. Bununla da CAATSA qeyri-effektiv sanksiyalara çevrilib”.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin Ukraynanın bölüşdürülməsini razılaşdırmaq üçün ABŞ-a Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo ilə görüşə gedib. Bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında bildirib.


Publika.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb