Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Saakaşvilinin kitabının Yerevanda təqdimatı yasaqlandı

03:48  |    31 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Ermənistanın paytaxtı Yerevanda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müəllifi olduğu “Gücün oyanması” adlı kitabının təqdimatı ləğv edilib.

Tədbirin keçiriləcəyi Yeqişe Çarentsin ev-muzeyindən bildirilib ki, tədbir texniki səbəbdən ləğv olunub.

Məlumata görə, təqdimatın təşkilinə dair razılıq ev-muzeyinin nümayəndələri ilə yanvarın 25-də əldə olunsa da, bir gün sonra tədbirin texniki səbəbdən ləğv olunduğu bildirilib.

“Sputnik Armeniya”nın xəbərinə görə, həm Ermənistanda, həm də Gürcüstanda sosial şəbəkə istifadəçiləri təqdimatın siyasi səbəblərdən ləğv olunduğunu iddia edir.

Belə ki, istifadəçilər kitabın üz qabığının şəklini sosial şəbəkələrdə paylaşaraq təqdimata Ermənistan Mədəniyyət Nazirliyi tərəfindən yasaq qoyulduğunu iddia ediblər. Nazirlik, öz növbəsində, insidentlə əlaqəli olmadığını iddia edib.

Kitabın tərcüməçisi Naapetyan “Facebook” hesabında təqdimatın ləğv olunmasının əsl səbəbindən xəbərsiz olduğunu bildirib.

“Gücün oyanması” adlı kitabın təqdimatının növbəti tarixi fevralın 7-nə təyin olunub.

(apa)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb